Bakıda intihar hadisəsi baş verib.
APA -nın məlumatına görə, Nizami rayon Elşən Süleymanov küçəsində 2001-ci il təvəllüdlü Məmmədova Aynur Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. 18 yaşlı qız 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır, onun hansı səbəbdən intihar etməsi məlum deyil.