Axtarış...

Azərbaycanlı rüşvətə görə axtarışa verildi



Rusiyada Orenburq hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlını 500 rubl rüşvət üçün il yarım axtarışa verib.

Yaxın zamanda məhkəmə qurulacaq.

Belə ki, 2017-ci ildə Orenburqda qırmızı işıqda keçdiyinə görə saxlanılan Azərbaycan vətəndaşı polisə cəza yazmaması üçün 500 rubl rüşvət verməyə çalışıb. O, pulu polis maşınının oturacağının arasına qoyaraq gedib.

Daha sonra sözügedən Azərbaycan vətəndaşı xaricə qaçıb. İl yarım ərzində o, 500 rubla görə axtarılıb. Hazırda o tapılaraq Orenburq hüquq-mühafizə orqanlarına təhvil verilib. Sözügedən şəxs Leninski Rayon Məhkəməsində mühakimə olunacaq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz