Axtarış...

Biləsuvarda qonşusunun evinə atəş açan şəxs saxlanıldı



İyunun 6-da Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində kənd sakini O. Muradovun xuliqanlıq zəminində qonşusu A. Kazımovu hədələməsi və evi istiqamətində tüfəngdən atəş açması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində O. Muradov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz