Axtarış...

Polşada ermənilərin təxribat cəhdini boşa çıxdı - FOTO



İyulun 16-da Azərbaycanın Polşadakı Səfirliyinin qarşısında erməni vandallarının icazəsiz aksiya keçirməsinin qarşısı alınıb.

Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərov Oxu.Az-a bildirib ki, bu ölkədə yaşayan ermənilərin sosial media şəbəkələrində yaratdıqları qrupların iyulun 16-da Azərbaycanın Varşavadakı Səfirliyinin binasının qarşısında icazəsiz aksiya keçirmək və vandalizm aktları həyata keçirmək çağırışlarından xəbər tutan kimi bu barədə səfirliyimizi məlumatlandırıb. Azərbaycan Səfirliyi isə dərhal gözlənilən təxribatla bağlı yerli polisi xəbərdar edib.

Polşa Azərbaycanlıları Şurası, Polşa Azərbaycanlılarının Koordinasiya Şurası və Polşa Azərbaycanlıları Assosiasiyasının üzvləri, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı gənclər və soydaşlarımızın polyak dostları bir araya gələrək, Səfirliyimizin binasının qarşısına toplaşıblar. Beləliklə, Azərbaycan Səfirliyinin binası önündə vandal aktları törətmək istəyən 30 erməninin yolunu əllərində Azərbaycan bayraqları olan 150 azərbaycanlı gənc kəsib.

Gənclərimizin Səfirliyin binasını əhatə etdiklərini görən ermənilər planlaşdırdıqları təxribatı həyata keçirə bilməyiblər. Yerli polisin aksiyaçıların arasında mövqe tutmalarına baxmayaraq, binaya yaxınlaşmağa cəhd edən ermənilərə soydaşlarımız əngəl olublar. Polis erməniləri dərhal ərazidən uzaqlaşdırıb.

Vətənpərvər soydaşlarımız isə Tovuz təxribatına, Ermənistanın torpaqlarımızı işğal etməsinə etiraz şüarları yazılmış plakatları qaldırıb, Azərbaycanın dövlət himnini, “Əsgər marşı”nı ifa edib, cəngi sədaları altında şüarlar səsləndiriblər. Azərbaycan Ordusunu dəstəklədiklərini vurğulayan aksiyaçılar Vətənimizin ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızı işğaldan azad edilməsi üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin istənilən zaman elan edəcəyi səfərbərliyə hazır olduqlarını bəyan ediblər.


Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz