Axtarış...

Zülfiyyə Qurbanovanın “Ana harayı”...

Zülfiyyə Qurbanovanın “Ana harayı”...

Bakı Bələdiyyə Teatrının aparıcı aktrisası Zülfiyyə Qurbanova Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə çəkilən videoçarxda rol alıb.

Teatrdan AZƏRTAC-a bildirilib ki, 1992-ci ildə baş vermiş dəhşətli faciədən kiçik bir hissəni özündə əks etdirən çarx “Ana harayı” adlanır. Sosial çarxda aktrisa övladını düşməndən qorumaq üçün istəmədən öldürmək məcburiyyətində qalan ana obrazını canlandırıb.

Aktrisanın sözlərinə görə, bu rolu oynamaq mənəvi cəhətdən heç də asan olmayıb: “Bir anlıq Xocalıda baş verənləri düşündüm. Həqiqətən dəhşətlidir. Canından bir parçaya qıymaq dünyadakı ən böyük faciə idi ki, bunu da biz qadınlara mənfur düşmənlərimiz yaşatdı. Təbii ki, onların etdiklərini də unutmuruq. Hamilə, azyaşlı uşağı olan analara verdikləri işgəncələri düşündükcə bədənimdə qanım donur”.

Qeyd edək ki, “Ana harayı” adlı sosial çarxın rejissoru Nadir Mahmudov, ideya müəllifi Orxan Cahangir, operatoru isə Vüsal Cəfərovdur.

Zülfiyyə Qurbanovanın “Ana harayı”...
Zülfiyyə Qurbanovanın “Ana harayı”...
Zülfiyyə Qurbanovanın “Ana harayı”...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz