Axtarış...

"Kiminsə ana olması xəbəri..." - Fatimə

"Kiminsə ana olması xəbəri..." - Fatimə

Rəqqasə Fatimə Fətəliyeva da son günlər saçlarını qısa kəsdirən məşhurlar sırasına daxil olub.

Millitv.Az axşam.az-a istinadən xəbər verir ki, hazırda ailəsi ilə birlikdə Truskavesdə dincələn rəqqasə uzun qaynaqlarından imtina edib.

Fatimə eyni zamanda həmkarı Oksana Rəsulova ilə bağlı verdiyi açıqlamasından bəhs edib. O bildirib ki, "Ana olduqdan sonra aqresiv olmaz" sözləri birmənalı qarşılanıb:

"Məni niyə xalqın gözündə aqresiv kimi qələmə verirsiniz, davakar göstərirsiniz? Heç kimlə dava etmirəm. Fatimə heç kimə söz atmır, bəsdirin. Hər kəsin uğuruna sevinirəm. Ana olmaq gözəl bir duyğudur. Allah arzulayan hər bir qadına qismət etsin. Allahıma şükürlər olsun ki, illər əvvəl Allah məni də bu statusla mükafatlandırıb. Kiminsə ana olması xəbərini heç vaxt birmənalı qarşılamaram".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz