Bakıda ana oğlu və gəlini tərəfindən döyülüb.
ONA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu Y.Əliyev küçəsində qeydə alınıb. 1957-ci il təvəllüdlü Məmmədova Minayə Ayıl qızı yaşadığı evin qarşısında döyülüb. Qadının oğlu - 1985-ci il təvəllüdlü Azər Məmmədov və gəlini, 1987-ci il təvəllüdlü Şəfəq Məmmədova tərəfindən döyüldüyü məlum olub.
Hadisə ilə bağlı Xətai rayon Polis İdarəsinə müraciət edilib.
Faktla bağlı araşdırma aparılır.