Axtarış...

Bakı və Ankara elə bir hərbi protokol imzaladı ki... – EKSPERT

Bakı və Ankara elə bir hərbi protokol imzaladı ki... – EKSPERT

Bir neçə gün bundan əvvəl Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq sahəsində yeni bir səhifə açıldı. Tərəflər Silahlı Qüvvələrin mübadiləsinə imkan verən bir hərbi protokolu təsdiqlədi.

Rusiyalı politoloq Denis Korkodinov bununla bağlı axar.az-a açıqlamasında deyib ki, sözügedən sənəd sülhməramlı qoşun kontingentinin yalnız birgə hərbi təlimlərdə deyil, eyni zamanda, potensial hərbi kampaniyalarda, əsasən də Dağlıq Qarabağ münaqişəsi zonasında iştirakını nəzərdə tutur. Bu isə mövcud ərazi mübahisələrinin həlli üçün beynəlxalq koalisiya yaratmaq barədə aydın niyyətlərin nümayişidir.

"Nə Bakı, nə də Ankara bundan sonra səssiz qala bilər. Bu vəziyyətdə ərazi bütövlüyünün bərpası problemi siyasətlə yaxından əlaqəlidir. Beləliklə, ölkələr arasında hərbi protokol imzalanmasının məqsədini "erkən" və "aqressiv" kimi qiymətləndirə bilmərik", - ekspert bildirib.

Ekspertin fikrincə, Türkiyə və Azərbaycan Ermənistanla bağlı öz problemlərini həll etmək üçün qoşunların birgə strukturunu yaratmaqla bağlı razılığa gəliblər.

"Bu tamamilə anlaşılan addımdır. Bu, rəsmi İrəvana siqnaldır. Görünür, İrəvan buna çox ciddi reaksiya verəcək, çünki ona qarşı yaradılan koalisiya açıq-aydın böyük hərbi gücə malikdir", - politoloq bildirib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz