Axtarış...

Səfir Polad Bülbüloğlunun qardaşına pul atanla bağlı – Qərar

Səfir Polad Bülbüloğlunun qardaşına pul atanla bağlı – Qərar

Dələduzluqda təqsirləndirilən Məmməd Nəsibovun barəsində olan hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Millitv.az teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məmməd Nəsibovun cəzasının yüngülləşdirilməsi barədə verdiyi apelyasiya şikayəti təmin edilməyib.

Həmçinin təqsirləndirilən şəxsə qarşı zərərçəkmişlərin də şikayəti təmin olunmayıb.

Məmməd Nəsibov vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı 400 min manata yaxın dələduzluq edib.

O, İradə İsmayılovaya Hövsan qəsəbəsində 15 sot sənədsiz torpağı 21 min 500 manata satıb, Çingiz Məmmədova Abşeronda yaşayış evi tiktirmək adı ilə onun 200 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmməd Nəsibov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, zərərçəkmiş Çingiz Məmmədov Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun qardaşıdır.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz