Səidə Sultan qonağı olduğu "Zaurla Günaydın" verilişində döyməsi ilə aparıcı Günayı təəccübləndirib.
Milli.Az xəbər verir ki, xanım aparıcı təəccüblə müğənniyə "Bu, nədir kürəyində? Bu çoxdan var?" sualını verib.
Səidə Sultan "Bu, mənim ömrümə, həyatıma istəmədən "peçat" olub" cavabını verib.
Qeyd edək ki, müğənni çiynindəki kərtənkələ döyməsini heç sevmədiyini, bunu bir çəkiliş zamanı aldadıb ona etdiklərini söyləyib.