Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Vüqar Xəlilov Ağstafa rayon Polis Şöbəsinə təyin olunub.
O, bundan öncə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.