Bakının Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Sabir Abdullayev vəzifəsindən azad edilib.
Axar.az xəbər verir ki, bu barədə daxili İşlər naziri Ramil Usubov sərəncam imzalayıb.
Tia.az-ın məlumatına görə, nazirin digər sərəncamı ilə bu vəzifəyə həmin şöbənin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Məmmədov Hafiz Abbas oğlu təyin edilib