Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov sələfi Ramil Usubovun oğlunun yerinə təyinat həyata keçirib.
Nazirin əmri ilə Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış idarəsinin rəisi Heydərov Arzu Afət oğlu vəzifəsindən azad olunaraq Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəis müavini təyin edilib.
DİN Mətbuat Xidməti “Qafqazinfo”ya məlumatı təsdiqləyib.
Qeyd edək ki, bundan öncə DİN BCA-nın rəis müavini Raul Usubov idi. O, 2019-cu ilin dekabr ayında Qaradağ rayon Polis İdarəsinin Mühafizə İdarəsinə rəis təyin edilib. Raul Usubov sabiq Daxili İşlər naziri Ramil Usubovun oğludur.