Axtarış...

“Ordu fövqəladə hal elan olunduqdan sonra cəlb edilib” - Ohanyan

“Ordu fövqəladə hal elan olunduqdan sonra cəlb edilib” - Ohanyan

Bəs, kim deyir ki, mən hakimiyyətdən incimişəm? Mən heç kimdən inciməmişəm, bu məxməri dəyişiklikləri, inqilabı bugünkü reallığı alqışlamışam. Mən 2018-ci ildə yox, 2016-cı ildə də demişəm ki, bizim ölkəyə ciddi irəliləyişləri təmin edə biləcək, kəskin dəyişikliklər lazımdır”.
Bu sözləri jurnalistlərlə bu gün keçirdiyi görüşdə “1 mart” işi üzrə ittiham edilən Ermənistanın sabiq Müdafiə naziri Seyran Ohanyan deyib.

“Nə baş veribsə, siz bilirsiniz. Bizim ölkənin hüquq mühafizə orqanları, vəkillər qrupu bununla məşğul olur. Biz də öz növbəmizdə nə etsinlər deyə təkliflər edirik. Dinləyərlər yaxşı edərlər, dinləməzlər, biz də sonra mübarizə aparmağa davam etməyə çalışarıq”, - deyə o bildirib.

Ohanyan qeyd edib ki, 2008-ci ildə seçkidən sonrakı dövrdə ordu fövqəladə vəziyyətin elan olunmasına dair əmr imzalandıqdan sonra cəlb edilib.

“Ordu tərəfindən hər hansı toqquşma, hər hansı xəsarət baş verməməsi buna sübutdur. Buna isə zərurət olub, çünki təhlükəsizliyin təmin edilməsi ordunun tapşırığıdır. Təhlükəsizlik dedikdə isə ilk növbədə böyük əksəriyyəti paytaxtda yerləşən ölkənin strateji təyinatlı xüsusi obyektlərinin müdafiəsi olduğunu başa düşməliyik”, - deyə Seyran Ohanyan əlavə edib.(Ordu.az )
Text-to-Speech

DİNLƏ






Şərh yaz