Axtarış...

Paşinyan narahatdır: Bakının sərhəddə qəfil manevri - GƏLİŞMƏ

Paşinyan narahatdır: Bakının sərhəddə qəfil manevri - GƏLİŞMƏ

Dövlət Sərhəd Xidməti çətin, çoxfunksiyalı, spesifik və qapalı orqanizmdir. Hər dövlət onu tam həcmdə ayrıca qurum kimi yarada bilmir. Azərbaycanda bu edilib, hansı ki, bu da qeyd edilən məsələdə ölkənin öz suverenliyini təmin etmək imkanlarını sübuta yetirir.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskva Sərhəd İnstitutunun keçmiş müəllimi, rusiyalı tarixçi Oleq Kuznetsov deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan Dövlət Sərhəd Xidmətinin qarşısında duran əsas məsələlər dövlət sərhədinin Gürcüstan hissəsinin delimitasiyası, Ermənistan hissəsinin taleyinin həll edilməsindən ibarətdir:

“Bu istiqamətlərin hər biri ayrıca müzakirə tələb edir. Ermənistanla dövlət sərhədlərinin mühafizəsini hazırlıq səviyyəsi və təchizatı adi ordu bölmələriylə müqayisədə yüksək olan Azərbaycanın DSX-nin xüsusi təyinatlıları həyata keçirir. Ərazidən çıxarılan, dövlət sərhədinin mühafizəsi ilə bağlı spesifik və zəngin təcrübəyə sahib Müdafiə Nazirliyi hissələri isə Dağlıq Qarabağ konflikti zonasına dislokasiya ediləcək və burada düşmənin minimum ön müdafiə xəttində yüksək səviyyədə kəşfiyyat aparmaq qabiliyyətləri ilə Azərbaycanın ordu bölmələrini gücləndirəcəklər. Hərbi peşəkarlar bunun sizin düşmənin cəbhə xəttində nə ilə nəticələnə biləcəyini yaxşı anlayırlar”.

Ekspert qeyd edib ki, sərhəddə ordu bölmələrini sərhəd qoşunları ilə əvəz etməsi nəticəsində Azərbaycanın bütün dünya üçün başadüşülən, çox vacib bir siyasi arqumenti yaranır:

“İndi təkcə təmas xəttində atışmalardan yox, həm də sərhəddəki hərbi provokasiyalardan danışmaq mümkün olacaq. Əgər Ermənistan konflikt zonasından kənarda atışmanı davam etdirsə, o zaman Dağlıq Qarabağda lokal konfliktin olmaması, əvəzində Azərbaycan və Ermənistan arasında təkcə Qarabağda yox, həm də sərhəd xətti boyundan genişmiqyaslı müharibənin olmasıyla bağlı əsas yaranacaq. Bu halda Azərbaycan sərhədçilərinə hücuma əl atan aqressor ölkə Ermənistan olacaq. Bununla da geosiyasi ritorikanın tonu dəyişəcək və Azərbaycanın istənilən beynəlxalq meydançada Ermənistanın aqressiv fəaliyyətləriylə bağlı faktlarda bəhs etmək imkanı peyda olacaq”.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan sərhədində ordunun sərhədçilərlə əvəz edilməsi, sözsüz, Bakı tərəfindən edilən çox güclü siyasi gediş olacaq ki, bunun da sayəsində Bakı beynəlxalq arenada çox güclü “kozır”lar əldə edəcək:

“Mən hətta deyərdim ki, bu, ardınca mümkün nəticələr gətirəcək usta gedişdir. Paşinyan və Köçəryan Bakının bu addımı nəticəsində çox narahat vəziyyətə düşüblər”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz