Almaniyanın “Herta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Qol.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Milan”ın hücumçusu Kşiştof Pyonteki transfer edib.
Bu barədə “Herta"nın rəsmi saytı məlumat yayıb. Berlin təmsilçisi 24 yaşlı polşalı forvardla uzunmüddətli müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, Polşa millisinin üzvü bu mövsüm "Milan"da 20 oyunda 5 qol vurub.