Axtarış...

ƏƏSMN-nin “ÖLMƏZ KAŞŞEY”i Heybət İmanov - Araşdırma

ƏƏSMN-nin “ÖLMƏZ KAŞŞEY”i Heybət İmanov - Araşdırma

“Heybət İmanovun qarşısını heç kim ala bilmir. Nazirlikdə qarşıdurmaların və intriqaların yeganə səbəbkarı odur. Uzun illər ƏƏSMN-də çalışan təcrübəli kadrları işdən uzaqlaşdırmaq üçün nazir Sahil Babayevə təqdimat verən Heybət İmanovdur. Məhz onun sayəsində nazirlik daxilindəki gərginlik səngimək bilmir.” Bu sətirlər vaxtilə ƏƏSMN-də çalışmış mənbəmizin dediklərindəndir. Sabiq nazir Füzuli Ələkbərovun dövründə “qara kassa” tituluna yiyələnmiş Heybət İmanov Səlim Müslümovun rəhbərliyi dövründə ciddi nöqsanlara görə işindən qovulmuşdur. Bütün bunlara baxmayaraq Sahil Babayev Heybət İmanovla işləməyə üstünlük verdi. Görəsən, Sahil Babayevi bu addımı atmağa nə vadar etdi? Araşdırmalarımız göstərir ki, uzun müddət adıçəkilən nazirlikdə çalışan Heybət İmanovun “təcrübəsi” gənc nazirin diqqətini cəlb edib və onun “xidmətlərindən” yararlanmağı qarşısına məqsəd qoyub. Ən “çirkli” işlər və qanunsuzluqlar üzrə püxtələşmiş Heybət İmanov peşəkarcasına ona göstərilən etimadı doğruldub. Yeni nazirin dövründə vəzifəsindən uzaqlaşdırılan təcrübəli və savadlı kadrların, o cümlədən peşəkarların “torbalarının tikilməsi”ndə Heybət İmanovun “əvəzsiz xidmətləri” var. Uzun illərin “təcrübəsindən” bəhrələnən bu şəxs nazirlikdə mövcud olan gərginliyin əsas səbəbkarı hesab olunur. Insani və mənəvi keyfiyyətlərində ciddi qüsurları olan şəxs kimi xarakterizə olunan Heybət İmanov açıq-aşkar insanlardan qisas almaq hissini biruzə verir. Əvvəllər çalışdığı Hesablama Palatasında şöbə müdirinin müavini vəzifəsindən tutmuş indiki vəzifəsinə qədər heç bir yerdə nüfuz qazana bilməyən Heybət İmanov öz ampluasında qalmaqda davam edir. Maraqlıdır ki, Heybət İmanov barəsində mətbuatda dərc olunan məlumatların heç biri bu günə qədər təkzib olunmayıb. Diqqət çəkən digər məqamlardan biri isə Heybət İmanovun çalışdığı dövlət vəzifələrindən istifadə edərək böyük kapitala sahib olmasıdır. Özünü “kasıb” kimi göstərərək “maskalanan” bu şəxs artıq aidiyyatı dövlət qurumarının diqqətini cəlb etməyə başlayıb. Bununla paralel olaraq onun nazirlikdə süni qarşıdurma yaratmaq cəhdləri də ifşa olunub. Müşahidələr və araşdırmalar göstərir ki, Heybət İmanov özünə yaxın bildiyi və müəyyən vəzifələrdə yerləşdirdiyi şəxsləri ciddi müdafiə edir. Həmin şəxslərin qanunsuz əməllərini ört-basdır etməklə nazir Sahil Babayevi “aldatmaqdan” belə çəkinmir. Yerlərdən gələn şikayətlər saf-çürük edilərkən Heybət İmanov özünə yaxın bildiyi şəxslərlə bağlı məlumatları “malalayır”, xoşuna gəlməyən və intriqada olduğu şəxslərin “qara təqdimat”ını şişirdərək nazirə təqdim edir. Müşahidələr göstərir ki, Heybət İmanov ƏƏSMN-də özünəməxsus “imperiya” yarada bilib. Bu şəxsin keçmiş əməllərindən əl çəkməməsi, hələ də səlahiyyət sahibi olması, keşmiç rəqiblərinə barmaq silkələməsi ona “ölməzlik sindromu” qazandırıb. Heybət İmanov nazirlik daxilində böyük bir qruplaşma yarada bilib ki, bu qruplaşma yalnız onun göstərişləri əsasında fəaliyyət göstərir və sıraları günbəgün genişlənir. Heybət İmanov lazım bildiyi və sınaqdan keçirdiyi “kadrlar”ı nazirliyin müxtəlif strukturlarına yerləşdirərərk güc sahibinə çevrilməkdədir. Ona elə gəlir ki, heç kim baş verənləri görmür, hətta görsə belə ona “dur”deyən tapılmayacaq. Nazir Sahil Babayevin baş verənlərdən xəbərsiz olması inandırıcı görünmür, ona görə də belə qərara gəlmək olar ki, Heybət İmanovun vəzifəsi ilə vidalaşacağı gün çox da uzaqda deyil. Belə çıxır ki, onun fəaliyyəti hələ ki, kimlərəsə lazımdır.

Yazıda adı çəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Stimulxeber.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz