Axtarış...

Pirallahı məhkəməsindən absurd qərar: İş adamına qurulan 700 min dollarlıq tələ - I YAZI

Pirallahı məhkəməsindən absurd qərar: İş adamına qurulan 700 min dollarlıq tələ - I YAZI

Qazaxıstanda yaşayan azərbaycanlı iş adamı Sakin Ağayev Pirallahı rayon Məhkəməsinin qərarından şikayətçidir.

S.Ağayev "Qaynarinfo"-ya müraciətində həyat yoldaşı Vüsalə Rəhimli ilə birgə bir zamanlar iş ortaqları olmuş İbrahimov Fikrət Vəli oğlunun böhtanına və dələduzluğuna məruz qaldığını, məhkəmənin də buna hüquqi don geyindirməyə çalışdığını bildirir.

Şikayətçi bildirir ki, 2003-cü ildən Qazaxıstanda yaşayır və orada bizneslə məşğuldur: "Bu ilin sentyabr ayında Azərbaycandan çıxışıma məhdudiyyət qoyulduğu üçün Qazaxıstana ailəmin yanına gedə bilmirəm. Qazaxıstanda təsis etdiyim müəssisənin təsis payının əvvəlcə 50%-ni, daha sonra isə qalan 50 faizini 2014-cü ilin iyunun 14-də Fikrət İbrahimova müqavilə əsasında 1 milyon 250 min dollara satmışam. Müqavilədə qeyd olunub ki, o, iyun ayının axırına kimi mənə olan borcunu ödəməli idi. Daha sonra o sözügedən şirkəti üçüncü şəxsə satıb. Yalnız 2015-ci ildə mənə həmin borcdan 698 min dollar ödəyib. Yerdə qalan 550 min dollar borcunu isə ödəməyib. Mənə borclu olması barədə Qazaxıstan məhkəməsinin də qərarı var. O isə borcundan yayınaraq Azərbaycana gəlib".

Pirallahı rayon Məhkəməsi işə niyə və necə baxıb?

Qarşı tərəf - Fikrət İbrahimov Qazaxıstanda məhkəməni uduzduqdan sonra borclu olduğu məbləği qaytarmaq əvəzinə Pirallahı rayon Məhkəməsinə üz tutur. Təbii ki, hər kəsin məhkəməyə üz tutmaq hüququ var. Amma hansı məhkəməyə?

Bu və digər suallara az sonra qayıdacağıq. Öncə baş verənlərə diqqət edək:

Fikrət İbrahimov Sakin Ağayevə, onun həyat yoldaşı Rəhimli Vüsalə Mahmud qızına və Avropa vətəndaşı olan qızı Dilarə Ağayevaya qarşı Bakı şəhəri Pirallahı rayon Məhkəməsində pul vəsaitinin tutulması barədə mülki qaydada vəsatət qaldırmış və hakim Əkrəm Sabir oğlu Qəhrəmanovun sədirliyi ilə, qarşı tərəfin xeyrinə digər tərəfdən 698000 ABŞ dollar pul vəsaitinin tutulmasına dair 2(094)-396 /2017 nömrəli, 26.07.18-ci il tarixli qətnamə qəbul edilib.


Dələduzluğun qurbanı olan iş adamı Sakin Ağayev

İndi sualları aydınlaşdırmağa çalışaq: Pirallahı rayon Məhkəməsi işə baxa bilərdimi?

İşdə adı keçən şəxslərdən heç birinin yaşayış yeri Pirallahı rayonu deyil, məhkəmə iddianı qəbul edərkən hansı prinsipə əsaslanıb?

Mülki işə Pirallahı rayon Məhkəməsi tərəfindən baxılması ərazi aidiyyati prinsipinin pozulması ilə müşayiət olunub. Belə ki, məhkəmədə iştirak edən iddiaçı və cavabdehlərin heç biri Pirallahı rayonunda pasport qeydiyyatında deyil. "İddiaçıya cavabdehin telefon nömrəsini verdiyi üçün” cavabdeh kimi cəlb edilmiş Novruzov Abuzər Novruz oğluna qarşı isə iddiaçı tərəfindən heç bir tələb yönəldilməmiş, məhkəmə iclasında iştirak etməmiş, qətnamədə həmin şəxsin yalnız adı qeyd edilmişdir. Sırf bu səbəbdən şəxsin cavabdeh qismində işə cəlb edilməsi absurddur. Digər tərəfdən Azərbaycan Respublikası DİN-n BPQMİ-nin MAPS şöbəsindən alınan rəsmi arayışa əsasən Novruzov Abuzər Novruz oğlunun da Pirallahı rayonunda pasport qeydiyyatında olmadığı aşkarlanıb. Buna baxmayaraq Pirallahı rayon Məhkəməsinin işə baxan hakimi işə qərəzli şəkildə yanaşaraq və tərəfkeşlik nümayiş etdirərək heç bir hüquqi əsası olmayan qətnamə qəbul edib.

Hüquqi şəxslər arasında münasibətlər inzibati-iqtisadi məhkəmələrdə həll olunmalıdır, mülki qayadada yox. Hakim Əkrəm Qəhrəmanov hüquqi şəxslər arasındakı mübahisəni hansı əsaslarla mülki iş kimi qəbul edib?

Yalnız bir tərəfin imzası olan bir kağızı hakim Əkrəm Qəhrəmanov hansı "sehirli" səbəblərdən hüquqi sənəd- müqavilə kimi əsas götürüb? Özü də "Müqavilə"də hüquqi şəxslər arasında olan münasibətdən, həm də hüquqi ünvanı xaricdə olan xarici hüquqi şəxslərdən bəhs edilsə də, işə ümumi məhkəmə baxıb və fiziki səxslərə qarşı Qətnamə çıxarıb.

Belə ki, Fikrət İbrahimov məhkəməyə ofşor şirkətə dair boş müqavilə blankı, yəni digər tərəfin imzası, möhürü olmayan və heç bir əhəmiyyət kəsb etməyən müqavilə blankı təqdim edib, hakim isə isə bunu "əsas sənəd" kimi qəbul edib (!).

Əslində isə iddiaçı İbrahimov Fikrət Vəli oğlu ilə cavabdehlər Rəhimli Vüsalə Mahmud qızı və ya onun ailə üzvləri arasında "metal məhsulunun alqı-satqısına” dair heç bir müqavilə mövcud olmayıb və iddiaçı tərəfindən cavabdehlərə olmayan müqavilə üzrə heç bir ödəniş həyata keçirilməyib. İş materiallarından da göründüyü kimi, iddiaçı məhkəməyə iddia tələbini əsaslandıra biləcək heç bir sübut təqdim etməyib. Buna baxmayaraq məhkəmə tərəfindən həmin "sənədlər” mötəbər sübut olaraq qiymətləndirilib. Bu isə öz növbəsində məhkəmənin maddi hüquq normalarından xəbərsiz olmasını və ya bilərəkdən iş materiallarının dəqiq araşdırmamasını və ya gözardı etməsini sübut edir ki, bu hal da təəccüb və təəssüf hissi doğurur.

İş materiallarına əlavə edilmiş 698.000 ABŞ dolları məbləğində pul vəsaitinin İbrahimov Fikrət Vəli oğlu tərəfindən guya onun qohumlarından birinə verilməsinə dair kağız parçasına məhkəmə tərəfindən hüquqi qiymət verilməsi və kimin tərəfindən imzalanması məlum olmayan, qanunvericilikə nəzərdə tutulmuş qaydada təsdiqlənməyən, həmçinin Azərbaycan dilinə tərcümə edilməyən "sənədin” mötəbər sübut olaraq qiymətləndirilməsi və həmin kağız parçasına əsaslanaraq yuxarıda göstərilən məbləğdə pul vəsaitinin cavabdehlər Rəhimli Vüsalə Mahmud qızı və onun ailə üzvlərindən tutulması barədə qətnamənin qəbul edilməsi də məhkəmə tərəfindən qanunilik, obyektivlik prinsiplərinin pozulmasını və qətnamənin heç bir hüquqi əsas olmadan qəbul edilməsini bir daha sübut edir.

Qeyd edək ki, Qazaxıstan Respublikasında bütün tərəflərin iştirakı ilə keçirilən məhkəmə prosesinin yekununda qəbul edilən qətnamədə məhz İbrahimov Fikrət Vəli oğlunun qaraşı tərəfə borclu olduğu və ən əsası isə Azərbaycan məhkəmələrində istinad edilən saxta müqavilənin mövcud olmadığı müəyyən edilib. Amma ölkələrarası beynəlxaql müqavilələrə əhəmiyyət verməyən hakim Əkrəm Qəhrəmanov Məhkəmə prosesində Qazaxıstan Respublikasında İbrahimov Fikrət Vəli oğluna qarşı çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə heç bir əhəmiyyət verməyib. Görəsən niyə?

Hər şey bir kənara, görəsən hakim Əkrəm Qəhrəmanov niyə məhkəmənin gizlin keçirilməsi üçün hətta mümkün olmayan variantlara da əl atıb? Belə ki, qarşı tərəfdən heç kimə bildiriş göndərilməyib və onların məhkəmədə iştirakı təmin edilməyib.

Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin cavabdehlərdən birinə göndərdiyi bildiriş isə ona guya 19.06.2017-də təqdim edilibmiş. Halbuki, Dövlət Sərhəd Xidmətinin təqdim etdiyi arayışda həmin şəxsin respublikaya ancaq 24.06.2017-ci ildə daxil olduğu göstərilir. Bu isə açıq-aşkar saxtakarlıqdır. Həm də məhkəmənin, hakimin birbaşa iştirakçısı olduğu saxtakarlıq.



(ARDI VAR)

Qaynarinfo.Az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz