Axtarış...

Ukrayna Azərbaycanla yeni saziş bağlayacaq


MilliTV.az


Ukraynanın Nazirlər Kabineti ölkənin Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində daha iki müqavilədən çıxmasını təsdiqləyib.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, söhbət Birliyə üzv dövlətlərin humanitar əməkdaşlığı haqqında Sazişdən (2005-ci ildə Kazanda imzalanıb) və Birliyə üzv dövlətlərin Humanitar Əməkdaşlıq Şurasının yaradılması haqqında Sazişdən (2006-cı ildə Minskdə imzalanıb) gedir.

Bunun əvəzində rəsmi Kiyev Birlik üzvü olan ölkələrlə yeni birtərəfli sazişlər bağlayacaq. Belə ki, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan ilə ayrı-ayrılıqda saziş bağlanacaq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz