Axtarış...

SOCAR Xəzər TV-ni aldı - RƏSMİ AÇIQLAMA



Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanın nəhəng media holdinqi olan “Xəzər Media Mərkəzi”ni alıb.

Redaktor.az xəbər verir ki, "SOCAR Media" İctimai Birliyinin sədri Xalik Məmmədov bu gün Xəzər TV-nin yeni direktoru Murad Dadaşovu kollektivə təqdim edib.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov xəbəri təsdiqləyib. İ.Əhmədov bildirib ki, SOCAR-ın maliyyə dəstəyi ilə "SOCAR Media" İctimai Birliyi fəaliyyət göstərir: ""SOCAR Media" İctimai Birliyi Azərbaycanda daha əvvəl media qurumlarına dəstək verdiyi kimi, indidə verir. Xəzər TV-də "SOCAR Media" İctimai Birliyinin balansına daxil edilib".

Qeyd edək ki, Xəzər TV-nin bundan əvvəlki rəhbəri Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli olub. //Axar.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz