Bu gün saat 16:00 radələrində Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən Şimal İstilik Elektrik Stansiyasında güclü yanğın olub.
Oxu.Az-ın məlumatına görə, hadisə ilə bağlı 2-ci dərəcəli yanğın çağırışı ilə əraziyə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.
Xəzər rayon Yanğından Mühafizə Hissəsindən bildirilib ki, artıq yanğın söndürülüb.
Hadisəyə səbəb transformatorlardan birində qəzanın baş verməsi olub.
Məsələ ilə əlaqədar “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Oxu.Az-a bildirib ki, yanğın artıq söndürülüb, elektrik enerjisinin verilməsində heç bir fasilələr yaranmayacaq:
“Stansiyanın fəaliyyətində hər şey qaydasındadır. Yanğın stansiyanın ərazisində yox, sadəcə, yaxınlığında baş verib. Hazırda həmin ərazilərdə elektrik enerjisinin verilməsində heç bir problem yoxdur”.