Son 4 ildə ilk dəfə olaraq bu ilin III rübündə dünyanın mərkəzi bankları rekord həcmdə qızıl alıb.
“Report” xəbər verir ki, bu barədə Ümumdünya Qızıl Şurasının (World Gold Council, WGC) hesabatında deyilir.
Məlumata görə, cari ilin III rübündə mərkəzi banklar ümumilikdə 148 ton qızıl alıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 22% çoxdur.
Ən aktiv qızıl alıcıları Rusiya Bankı (99,2 ton) və Türkiyə olub (18,5 ton). Bununla da Rusiyanın Mərkəzi Bankının asərəncamında olan qızıl ehtiyatı ilk dəfə olaraq 2 000 tönu ötüb. Hazırda dünya üzrə qızıl-valyuta ehtiyatlarının 17%-i Rusiyanın payına düşür.
Bundan başqa, Qazaxıstan qızıl ehtiyatını 14,4 ton, Hindistan 13,7 ton və Polşa 13,7 ton artırıb.