Axtarış...

Ceyhun Bayramov bunu görsə, yaxşıdır... - VİDEOFAKT

Ceyhun Bayramov bunu görsə, yaxşıdır... - VİDEOFAKT

Səlyan rayonunun Kürsəngi kəndinin orta məkəbində təmir işləri getdiyi üçün məktəbin təxminən 900 nəfərlik şagird heyəti acınacaqlı durumda qalıb.

Məlumata görə, yuxarı sinif şagirdlərinə məktəbin bufetində dərs keçirilsə də, aşağı sinif şagirdlərinə kənd sakinlərinin evlərinin həyətində dərs keçirilir. Kənd sakinlərinin dediyinə görə təmir işləri aylardır gah dayanır, gah da davam edir. Sakinlərin sözlərinə görə məsələ ilə bağlı Rayon İcra Hakimiyyətinə məlumat verildikdə təmir işləri gedir, bir az sonra isə təmir dayanır. Hazırda isə təmir dayanıb. Sakinlər soyuq noyabr günlərində kənd evlərinin həyətlərində, açıq havada uşaqlarına dərs keçirildiyi üçün onların xəstə düşdüklərini, uşaqlarını dərsə göndərə bilmədiklərini deyirlər.
Hurriyyet.org



Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz