Axtarış...

Bakı Şəhərində Tikintilərdə Neqativ Hallar və Özbaşnalıqlar

Bakı Şəhərində Tikintilərdə Neqativ Hallar və Özbaşnalıqlar

Millitv.az Bu Günlərdə Bakı şəhərində aparılan tikinti sahələrində redaksiyamızın əməkdaşlarının apardığı araşdırmalarda baş verən neqativ halların aşkarlayaraq izləyicilərimizin diqqətinə çatdırır.

2000- ci ildən Respublikamızda başlayan tikinti sahələrindək inkişafi yaxşı bir hal olsada eynilə bu sahədə bir çox çatışmamazdıqlar hələdə qalmaqdadır bu sahədə olan ən çox neqativ hallardan biri olan işləyən iş icraçılarının və işçilərin təhlükəsizlik qaydalarına əməl etməmələridir.

Apardığımız araşdırmalar zamanı Bakı şəhərinin müxtəlif ünvanlarında tikinti sahəsində təhlükəsizlik qaydalarının əməl etməmələrinin şahidi olduq.
Xətai rayon Məhəmməd Hadi küçəsi 25 ünvanında hündür mərtəbəli yaşayış binasını tikən " ELNET " MTK tərəfindən aparılan inşaat işlərində yaxınlıqda yaşayan skinlər hərəkəti demək olar ki,duz tikinti sahəsindəki qaldlrlcı kıranın alt hissəsindədir. Yəni günün müxtəlif saatlarında buradan hərəkət edən sakinlər məcburiyyət qarşısında qalaraq yük qaldıran kıranın altından keçməyə məcbur olurlar qeyd etdiyimiz tikinti sahəsinin ərazisindən hazırladığımız aşağıdakı video surjetdə baxdıqdan sonra hər bir işi tam aydınlığı ilə görəcəksiz.

Bakı şəhərinin Badandart qəsəbəsinnin T.Məmmədov küçəsində "MVVL VERUS PRADDİUM" MTK apardığı inşaat işlərində işçilərin və fəhlələrin təhlükəsizlik qaydalarına əməl etməmələrinin şahidi olduq burada işləyən işçilərin tikilməkdə olan binanın üst hissəsində aparlan inşaat işləri zamanı dəbilqədən ,təhlükəsizlik kəmərindən və eyni ilə fəhlə işcilərin iş formasından istifadə etmədiyini müşahidə etdik .


Bayıl qəsəbəsindədə eynilə işçilərin təhlükəsizlik qaydalarına əməl etməmələri halları müəyyən etdik burada Neftçi Qurban Abasov küşəsi 42/44 ünvanında "BAYIL MARİNE RİSİDENCE" Şirkətinin tikdiyi hündür mərtəbəli binanın üst hissəsində apatılan tikinti inşaat işləri zamanı buradada fəhlə və işçilərin dəbilqədən ,təhlükəsizlik kəmərindən və eyni ilə fəhlə işcilərin iş formasından istifadə etmədiyini müşahidə edərək müəyənləşdirdik.Apardığımız müşahidələr zamanı havanın küləkli olması Bayıl ərazisinin Bakı şəhərinin küləkli olan ərazilərdən biri olmasına baxmayaraq burada tikilən hündür mərtəbəli binanın üts hissəsində təhlükəsizlik kəməri taxmadan təhlükəli şəraitdə işlədiklərini müəyən etdik.


Hörmətli izləyicilər bildirmək istəyirik tikinti sahələrində baş verən bədbəxt hadisələrin çoxu təhlükəsizlik qaydalarına əməlolunmaması səbəbindən baş verir.


Apardığımız bir çox neqativ hallarla bağlı araşdırma zamanı müəyyən etdiyimiz məlumatları öz redaksiyamız vastəsi ilə Dövlətmizin tikinti sahələrinə nəzarət edən adiyatı qurumların nəzərinə çatdırırıq və inanırıq ki ,Adiyatı qurumlar tez bir vaxtda hərəkətə keçərək yuxarıda qeyd etdiyimiz tikinti şirkətlərində aşkarlanan neqativ halların qarşısını alınması üçün tədbirlər görəcəklər.

DAHA ƏTRAFLI VİDEODAN İZLƏ






MİLLİTV.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz