Axtarış...

Arvadını öldürənə 15 il cəza verildi

Arvadını öldürənə 15 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını amansızlıqla qətlə yetirməkdə ittiham olunan 46 yaşlı Rəfayıl Feyziyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib


Prosesdə hökm oxunub. Məhkəmənin hökmünə əsasən, R.Feyziyev 15 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə bu il mayın 18-də Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində baş verib. Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri R.Feyziyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

İlkin dindirilmə zamanı R.Feyziyev 37 yaşlı həyat yoldaşını namus üstündə öldürdüyünü deyib.(virtualaz.org)
Text-to-Speech

DİNLƏ






Şərh yaz