"Qəzzaya doğru hərbi əməliyyatlar hər an başlaya bilər”.
Publika.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
Rusiyanın Soçi şəhərində prezident Vladimir Putinlə görüşən baş nazir daha sonra İsrail-Fələstin gərginliyi ilə bağlı açıqlama verib. O, yaxınlaşan növbədənkənar baş nazir seçkilərinin Qəzzaya doğru hərbi əməliyyatlara mane olmayacağını bildirib: "Seçkilərə 4 gün qalıb. Əməliyyatlar hər an başlaya bilər. Qəzzadakı terrorçu qüvvələrə qarşı müharibə başlatmaqdan və Həmas rejimini devirməkdən başqa variantımız yoxdur”.