Axtarış...

YA HÜSEYN

YA HÜSEYN


Mən Aygün Hüseyn bir müsəlman olaraq Kərbəla müsibətinin islam tarixində ki, rolu haqqında yazdığım şerimi neçə vaxtdır gözlədoyim aşura günündə insanlara bəyan erirəm.

YA HÜSEYN


Heydəri-Kərrarın müzəffər oğlu,
Zəhra həsrətiylə ürəyin dolu.
Adınla başlanır şəhadət yolu,
Haqqın bayraqdarı sənsən, ya Hüseyn.
Uca qeyrətinə qurban, ya Hüseyn!

Daim səni anıb yaşlar tökərəm,
Bağrımın başını qəmlə sökərəm.
Boyunu oxşayıb Rəsuli-Əkrəm,
İmamət eşqinlə sirsən, ya Hüseyn.
Ulu hikmətinə əhsən, ya Hüseyn!

Zəhra anamızın qönçə gülüsən,
İmamət bağının incə gülüsən.
Eşqinlə fəth etdin neçə könlü sən,
Milyonlar qəlbində pirsən, ya Hüseyn.
Ulu şöhrətinə əhsən, ya Hüseyn!




Aygün Hüseyn




MİLLİTV.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz