Axtarış...

Hüseyn Seyidzadənin yaradıcılıq otağının açılışı olacaq



2 avqust - Milli Kino Günündə görkəmli kinorejissor Hüseyn Seyidzadənin vaxtilə “Azərbaycanfilm” kinostudiyasında çalışdığı yaradıcılıq otağının açılışı olacaq.

Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan kinosunda ilk rəngli bədii filmin müəllifi olan Hüseyn Seyidzadə ömür yoluna nəzər salınacaq və kino sahəsində xidmətlərindən danışılacaq.

Xatırladaq ki, 2019-cu ildə görkəmli kinorejissor Hüseyn Seyidzadənin vəfatından 40 il ötür.

Hüseyn Seyidzadə Azərbaycan kino tarixinə “Yenilməz batalyon”, “Qayınana”, “Koroğlu”, “O olmasın, bu olsun”, “Dəli Kür”, “Var olun, qızlar” və bu kimi çoxsaylı filmlər bəxş edib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz