Şairə Aygün Hüseyn nakam şair Mikayil Müşfiqin 110 - illiyinə həsr olunan tədbirdə gözəl şeirləri ilə çıxış etdi.
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Media Məlumat Mərkəzinin redaktor müavini istedadlı şairə Aygün Hüseyn nakam şair Mikayil Müşfiqin 110 illiyinə həsr olunan 6 İyun- VIII Şairlər günündə öz şeirləri ilə tədbir iştirakçılarını vəsf etdi .
Hər il olduğu kimi bu il də 6 İyun- VIII Şairlər günü Beynəlxalq Muğam Mərkəzində keçirildi. Millitv.az Atatv.az istinadən xəbər verir ki,şairlər günü bu il Mikayil Müşfiqin 110 illiyinə həsr olundu .Tədbirin təşkilatşısı qismində Gənc Şairlər Birliyi ilə Azərbaycan Yazıçılar Birliyi (AYB) çıxış edib. Təşkilati dəstək isə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Türkdilli Ölkələrin Parlament Assanbleyası, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi,, Türk İşbirliği və Koirdinasyon Ayansı Başkanlığı, "Azərkitab" kitab təbliğat mərkəzi, Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən edilib.. Bu mötəbər tədbirdə millət vəkilləri,Türkiyədən gəlmiş şairlər,digər qonaqlar iştirak edib. Tədbir Azərbaycan və Qardaş Türkiyəmizin Himnləri səslənərək,açıq elan olundu. Tədbirin bədii hissəsindən sonra tədbir konsert proqramı ilə davam etdi. Tədbirdə AYB-nin sədri Anar müəllim çixiş edərək, bu gün münadibətilə şairləri təbrik etdi.
Tədbirdə iştirak edən Media Məlumat Mərkəzinin redaktor müavini istedadlı şairə Aygün Hüseyn də iştirak edib. Atatv.az saytı adından biz də öz tərəfimizdən bütün şairlərimizi ,ələlxüsus gözəl qələm sahibi olan Aygün xanımı Şairlər günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, Aygün xanıma yaradicılığında böyük uğurlar,müvəffəqiyyətlər,şəxsi həyatında xoşbəxtlik arzulayırıq .Sonda onun şeirlərindən bir neçəsini hörmətli oxucularımıza təqdim edirik:
AZƏRBAYCANIM
Dolaylardan keçə-keçə Bulaqlardan içə-içə Zəmiləri biçə-biçə Qucağında yuva qurdum Azərbaycan – ana yur¬dum. Can söylədim adına mən Çox qızındım oduna mən Minib kəhər atına mən Keşiyində sayıq durd¬um Azərbaycan – ana yur¬dum. Taxtını yanında qurub Kürəyində Tanrı duru¬b. Bir qaya üstdə oturu¬b, Qoy ulasın bu boz qu¬rdum. Azərbaycan – ana yur¬dum. Sinəm dolu, sözüm ço¬xdu Səndən başqa sevgim yoxdu. Düşmən gözündə bir oxdu Oğul-oğul mənim ordu¬m. Azərbaycan – ana yur¬dum.
LEYLA XANIM
Xoşdu xasiyyəti sanki ipəkdir, Səmimi olmaqda bircə¬di, təkdir Göydən yerə enmiş ül¬vi mələkdir, Ürəyi böyükdür Leyla xanımın. Şair dyğuludu, sadədi qəlbən, Özü gözəlliyə yaranı¬bdı tən. Mərhəba söyləyir adı¬na Vətən, Ürəyi böyükdür Leyla xanımın. Atası İLHAMIN haqdır əməli, Anası MEHRİBAN dünya gözəli. Arzunun, Heydərin ün¬vanı bəlli, Ürəyi böyükdür Leyla xanımın. Ulu Öndərimin nəvəsi¬dir O, Gözəllik eşqinin həv¬əsidir O. Uca xeirxahlıq töhfə¬sidir O Ürəyi böyükdür Leyla xanımın. Heydər ünvanlıdır bu od, bu ocaq, Nəciblər dünyada daim qalacaq. Bütün insanlığa açıb¬dır qucaq, Ürəyi böyükdür Leyla xanımın. VƏTƏN
Sinəmdə Vətən sevgis¬i, Yurda bağlı bir insa¬nam. İtməsin babamın irsi, Çətin ki, mən haqqı danam. Yurdun döyüşkən qızı¬yam, Yarağımdı din, inamı¬n. Ömrün - günün ilk ya¬zıyam, Safdır axan qızıl qa¬nım Vətən doğma bir anad¬ır, Ay - ulduzu, baqyrağı var. Başım dağlardan ucad¬ır, Qədim, ulu torpağım var. Azərbaycan-doğma diy¬ar, Yolunda candan keçər¬əm. Əsrlərdən sorağın va¬r, Mən Nigaram, mən Həc¬ərəm. TƏZƏDƏN DOĞULDUM
Uşaqkən quranı tutdum əlimdə, Anladım həyatın məna¬sını mən. Rəbbimin adını tutdum dilimdə, Duydum saflıq, paklıq dünyasını mən. Duyğularım məni çəkib apardı, Bakıdan Məşədə, Məşə¬ddən Quma. Qurbanı olduğum məsum ruhların, Yanında yetişdim, ar¬zuya, kama. Bağlı qapılarım açıl¬dı bir-bir, Kərbalada kimlər mənə yar oldu. Qovuşdum Nəcəfdə imam Əliyə Neçə möcüzələr aşikar oldu. Şamda Zeynəbimlə gör¬üşdüm inan, Bu bir həqiqətdir, yoxsa bir yuxu. Sandım ki, arxamda dağlar dayanıb, Qalmadı canımda bir qara qorxu. Mədinə! Qovuşdum Məh¬əmmədə s. mən, Tanrım heç vaxt məni qoymadı darda. Dəyişdi Məkkədə ömrüm büsbütün, Təzədən doğuldum ana¬dan orda.
ANAM
Övlada bağlıdır ömrü, həyatın, Min ilə əvəzdir bircə saatı. Kəsilməz dilindən la¬yla, bayatı. Qayğılı, duyğulu ürə¬kdi anam. Bilməz hikkə nədir ucalanda da, Özünü tox tutar ac olanda da. Oğluna, qızına qocal¬anda da, Isti qucağıyla gərək¬dir anam. Sözlər şirinləşər şi¬rin dilində Aləmə nur yayar üzü güləndə. Bəzən polad sınar on¬un əlində Bəzən ipək kimi kövr¬əkdir anam. Aygünəm yadımdan çıx¬maz bu məsəl. Heç vaxt son sözümü demərəm əzəl. Gözəllər yanında ham¬ıdan gözəl. Mələklər yanıdna məl¬əkdir anam.
KİM ANLASIN
Sözü bilə-bilə daniş. Qadağa ver dilə danı¬ş. Danışanda elə danış Arada him-cim olması¬n. Özüm billəm min dərd¬imi, Unutmaram min dərdim¬i. Saza söyləsəm dərdim¬i, Mizrab sınsın, sim ağlasın. Toyda məni, yasda mə¬ni. Kəs də məni, as da məni. Anlamırsa dost da mə¬ni, Onda məni kim anlası¬n.
SƏSLƏ MƏNİ
Tapmışam qada yerdə, Düşmüşəm oda yerdə. Göydə ol, ya da yerd¬ə, Gələrəm, səslə məni. Səsini duyan kimi, Dinər könlümün simi. Unudub dərdi, qəmi, Gülərəm, səslə məni. Söyləyib söz payımı, Saxlayıb köz payımı, Yüz yerə öz payımı Bölərəm, səslə məni. Sənsən dövlətim, var¬ım, Sənsən eşqim, vüqarı¬m. Səsləməsən, a yarım, Ölərəm, səslə məni. DƏNİZİN DALĞALARI
Xəyallar üzdürür qoy¬nunda məni, Gözlərim önündən ötür çən-duman. Hər kiçik xatirə düş¬ür yadıma, Dəniz dalğaları coşd¬uğu zaman. Ürəyim açılır, gözlə¬rim gülür, Büsbütün yol olur kə¬dərim, qəmim. Canımda bir sevgi ru¬hlanır sanki, Yenidən həyata doğul¬an kimi. Gözlərim dikilir uzaq yerlərə, Görünməzi görmək olur sən demə. Kükrəyən dənizin dal¬ğalarından, Təzə hisslər dolur mənim qəlbimə.