Türkiyənin cənubundakı Hatay vilayətində miqrantları aparan avtobus hərbi maşınla toqquşub.
Millitv.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər həlak olub, 27 nəfər isə yaralanıb.
Yaralılar arasında iki hərbçinin də olduğu deyilir.
Qeyd olunur ki, avtobus Türkiyədən deportasiya olunan miqrantları aparırmış.
Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.