Axtarış...

Saleh Məmmədovdan Cavid Qurbanova PAYIZ "SÜRPRİZİ" - İDDİA

Saleh Məmmədovdan Cavid Qurbanova PAYIZ "SÜRPRİZİ" - İDDİA

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədovun yaxın zamanlarda “Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə gətiriləcəyi haqqında xəbərlər yayılıb. Saleh Məmmədovun yaxınları iddia edir ki, bu məsələ artıq yuxarılarla razılaşdırılıb.

Millitv.az DİA.AZ-a isdinaden xeberverirki verilən xəbərə görə, neçə müddətdir ki, “Dövlət Dəmir Yollarlı”nı və onun sədri Cavid Qurbanovu nişangahında saxlayan Saleh Məmmədov payızın ilk aylarında rəqibinə həlledici zərbəni vurmağa hazırlaşır.

Mənbənin dia.az-a söylədikləri: "Saleh Məmmədov Cavid Qirbanovla bağlı şok xarakterli məlumatları özünə yaxın medianın əli ilə yayacaq. Bu elə bir faktlardır ki, Cavid Qurbanovun istefadan başqa yolu qalmayacaq. Əvəzində isə boş qalan kürsü Saleh Məmmədov üçün asan bir yem olmalıdır. Plan belədir. Plana görə, "Azəryolservis"lə “Dövlət Dəmir Yolları” birləşməli və Saleh Məmmədovun nəzarətinə keçməlidir. Alındıracaqmı? Bunu zaman göstərəcək".

Qeyd edək ki, Saleh Məmmədov əslən Qərbi Azərbaycandandır. 1958-ci ildə Tərtər rayonunda doğulub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Onun tərcümeyi-halında ən ilginc faktlardan biri 2015-ci ildə, 56 yaşında Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirməsidir.

Hüquq diplomu alana qədər Saleh Məmmədov Mənzil-Kommunal Təsərrüfatı Nazirliyində, “Yoltəmirtikinti” baş idarəsində, “Azərneft” yol tikinti təmir trestində, “Azkommunkomplekttexnika ” istehsalat birliyində çalışıb. 1995-2003-cü illərdə “Azəravtoyol” dövlət şirkətinin körpü tikinti trestində çalışıb. 2003-2015-ci illərdə isə Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” departamentində işləyib.

Hüquq diplomu Saleh Məmmədova uğur gətirib – 2015-ci il dekabrın 28-də o, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Cavid Qurbanovun Dövlət Dəmir Yollarına rəhbər təyin edilməsindən sonra uzun müddət boş qalan “Azəryolservis”ə Saleh Məmmədovun rəhbər təyin edilməsi bu sistemdə çalışanlar üçün gözlənilməz olub. Çünki o, buna qədər orta səviyyəli məmur olub. Yeni vəzifəsinə Saleh Məmmədov Cavid Qurbanovun kadrlarınının “təmizlənməsi” ilə başlayıb. Onları öz yaxın çevrəsi ilə əvəzləyən yeni sədrin addımları kollektivdə yaxşı qarşılanmayıb. Çünki təyinat alan şəxslərin çoxu bu sektorda heç bir təcrübəsi olmayan, hətta ali məktəb bitirməmiş şəxslər olub.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz