Son sutka ərzində Türkiyədə koronavirusdan (COVID-19) daha 48 nəfər ölüb.
Bu barədə məlumatı Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında paylaşıb.
Bildirilib ki, bu gün 33 687 şəxs koronavirus testindən keçib, onlardan 1848-nin cavabı pozitiv çıxıb.
Qeyd edək ki, Türkiyədə koronavirusdan ümumilikdə 3689 nəfər ölüb, 135 569 nəfər bu infeksiyaya yoluxub, 86 396 nəfəri isə müalicə olunub.