Millitv.az xəbər verir ki, Gənclərin Mənəvi İnkişafı İctimai birliyi hər il olduğu kimi bu ildə davam etdirdiyi ənənəyə sadiq qalaraq 11 iyun 2018-ci il tarixində iftar süfrəsi təşkil edib. Tədbirdə təşkilat üzvləri, Qarabağ qaziləri, QHT sədrləri, media nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Təşkilatın sədri Ramiq Vəliyev Ramazan ayı münasibətilə qonaqları salamlayaraq təbrik etdikdən sonra, təşkilatın bu günə kimi keçirdiyi tədbirlər haqqında məlumat verərək. Təşkilatın ateizm, xurafat əleyhində keçirdiyi konfransların əhəmiyyətini vurğulayaraq, gənclərin milli-mənəvi ruhda yetişdirilməsinin əhəmiyyətinə diqqət çəkərəki bu kimi tədbirlərin davamlı keçirilməsinin əhmiyətli olmasından danışdı. Yalnız artmaqda olan əxlaqi degenerasiyanın qarşısının alınmasının maarifləndirmə yolu ilə mümkün olduğunuda qeyd etdi.
Ramiq Vəliyev tədbirdə iştirak edən Qarabağ qazilərinin önəmini qeyd edərək onlara dərin minnətdarlığını bildirib. Qonaqlar təşkilatın gördüyü işləri yüksək qiymətləndirərək gələcəkdədə belə fəaliyyətlərin davamlı olaraq keçirilməsində təşkilatın üzüvlərinə uğurlar arzu etdilər.
MİLLİTV.az