Axtarış...

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin qeyd olunması tariximizin şanlı səhifəsidir

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin qeyd olunması tariximizin şanlı səhifəsidir

28 May 1918-ci il, yəni ötən əsr tariximizin bu günü Azərbaycan Demokratik Respublikasının yarandığı, xalqımızın misli-bərabəri olmayan fəlakətlərdən qurtulduğu, Şərq aləmində ilk demokratik müstəqil bir dövlətin əsasının qoyulduğu tarixi bir gündür. Onu da qeyd etmək yerinə düşər ki, ilk demokratik Cümhuriyyətin Azərbaycan torpağında yaranmasına əsas səbəb, xalqımızın XIX əsrin sonu XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları, milli özünüdərk hissi ilə yaşaması olub.
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin qeyd olunması tariximizin şanlı səhifəsidir
Həmin ilərdə qabaqcıl tarixi şəxsiyyətlərimiz, tanınmış mütəfəkkir və ziyalılarımız xalq arasında milli azadlıq, milli müstəqillik duyğularını təbliğ etmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsini yaymış və atılan addımların nəticəsi olaraq, sonda Demokratik Cümhuriyyətinin yaranması üçün əsas olmuşdur. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini öz qarşısına məqsəd qoymuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövrundə xalqın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə nümayiş etdirmişdir.
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin qeyd olunması tariximizin şanlı səhifəsidir

Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Cümhuriyyətin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər, atdığı addımlar xalqımızın tarixində dərin iz buraxmışdır.
1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti qırmızı bolşevik istilası nəticəsində süqut etsə də, onun aşılamış olduğu müstəqillik hissləri xalqımızın yaddaşına birdəfəlik həkk olundu. 1991-ci ildə dövlət müstəqilliyimiz təkrar əldə olunduqdan sonra, Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını yaşatmaq, bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini qurmaq xalqımıza bir daha nəsib oldu.
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin qeyd olunması tariximizin şanlı səhifəsidir

Ümumi şəkildə götürdükdə XX əsr tariximiz bir neçə mərhələyə bölünür. Birinci mərhələni Demokratik Cümhuriyyətinin qurulması üçün şərait yaradan əsrin əvvəlləri təşkil edir. Bu mərhələdə Azərbaycan mədəniyyətində, təhsilində və milli mətbuatında və digər sahələrində olduqca mühüm nailiyyətlər əldə olunur.
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin qeyd olunması tariximizin şanlı səhifəsidir
İkinci mərhələ Çar Rusiyası süquta uğradıqdan sonra ölkəmizin ilk dəfə dövlət müstəqilliyi əldə etdiyi dövrdür. Bu tarixi mərhələdə Azərbayan Xalq Cümhuriyyəti qısa müddət ərzində atdığı addımları ilə dövlətçilik atributlarını- parlamenti, hökuməti, ordusunu formalaşdırdı, pul vahidini buraxdı və müstəqil, suveren bir dövlətə çevrildi. Üçüncü mərhələ 1920-ci ilin aprelindən 1991-ci ilədək olan dövrü əhatə edir. 1921-ci ildə Zaqafqaziya Federasiyasının yaradılması müstəqilliyin itirilməsi yolunda ilk addım olsa da, SSRİ-nin yaranması Demokratik Cumhuriyyətin müstəqilliyinə son qoyulması ilə nəticələndi. Həmin vaxtlardan bir neçə onilliklərin keçməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun şanlı tariximizdə oynadığı rola, cümhuriyyət liderlərinin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərinə hər zaman yüksək qiymət verilmişdir.
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin qeyd olunması tariximizin şanlı səhifəsidir
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında müstəsna xidmtələri olan M.Ə.Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Usubbəyov və digər görkəmli ictimai xadimlərin xatirəsini, qədirbilən xalqımız bu gün də böyük ehtiramla yad edirlər.
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin qeyd olunması tariximizin şanlı səhifəsidir

Bir tarixi məqamı da heç cür unutmaq olmaz. XIX əsrin ikinci yarısından başlayaraq “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan mənfur qonşumuz Türkiyə, Gürcüstan və Azərbaycan ərazilərini ələ keçirməklə, qarşılarına qoyduqları millətçi, şovinist ideyalarını həyata keçirmək üçün təşkilatı strukturlar yaratmağa başladılar. Belə ki, əsasən xaricdə “Ancaq” (1887-ci il Cenevrə), «Daşnaqsütun» (1890-ci il Tiflis) partiyaları, «Erməni vətənpərvər ititifaqı» (1895-ci il Nyu-York) təşkilatı yaratdılar. Onların belə bir təşkilatları yaratmaqla əsas məqsədləri «Böyük Ermənistan» ideyalarını həyata keçirmək idi.

Beləliklə, XX əsrdə azərbaycanlılara qarşı ermənilər mərhələli şəkildə vəhşiliklər törətdilər, onları dədə-baba torpaqlarından zorla qovdular və bənzəri olmayan bir formada repressiyaya məruz qoydular. Ermənilərin əsas ideyası «Böyük Ermənistan» və ya «Dənizdən -dənizə» dövlət yaratmaq idi.Tarix sübut edir ki, mənfur qonşumuzun başbilənləri və onlara havadarlıq edənlərin quldur dəstələri Cümhuriyyətinin 23 aylıq varlığı dövründə İrəvan, Naxçıvan və Qarabağ bölgələrində dinc azərbaycanlı əhaliyə divan tutur, onların sayını süni şəkildə azaltmaq məqsədilə hər cür iyrənc vasitələrə də əl atırlar. Qafqazda bolşeviklərin hakimiyyətinin bərqərar olduğu ilk günlərdən, yəni 1918-ci ildən özünü mart qırğınları zamanı bolşevik- daşnak sövdələşməsi özünü büruzə verir. Azərbaycan Xalq Cümhuriyyəti dövründəki sərhədlər alt-üst olundu.
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin qeyd olunması tariximizin şanlı səhifəsidir
İlk olaraq əzəli Azərbaycan torpağı Zəngəzur mahalı Ermənistan SSRİ-nin tərkibinə qatıldı. Əslində ermənilərin planları daha geniş idi və onların torpaq iddialarının əsas hədəflərindən biri də Naxçıvan idi. Beləliklə, həmin illərdə Naxçıvanı Azərbaycandan ayıran, Azərbaycan torpaqlarının-Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etdi. Ermənistanın həm daşnak hökuməti dövrundə, həm də sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvanı Azərbaycandan ayıraraq özünə birləşdirmək üçün göstərdiyi səylər, Naxçıvan əhalisinin qəti mövqeyi sayəsində uğursuzluğa düçar oldu. Naxçıvan əhalisinin 90%-dən çoxu 1921-ci ilin əvvəlində Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü ilə keçirilmiş rəy sorğusunda Naxçıvan mahalının muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmasına səs verdi.

Onu da vurğulamaq gərəkdir ki, Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. 23 aylıq dövr ərzində bu dövlətin həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz izlər də buraxmışdır. Milliyətindən, cinsindən asılı olmayaraq hər kəsə bərabər hüquqların verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması və s. Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci il mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Hətta, Nazirlər Şurası 1918-ci ilin iyulun 15-də bu faciənin tədqiqi məqsədilə fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar da qəbul edir. Komissiya mart soyqırımı, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İran quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya İctimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum da yaradılır. 1919-cu və 1920-ci illərdə mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir.
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin qeyd olunması tariximizin şanlı səhifəsidir
Əslinə bu azərbaycanlılara qarşı yürüdülən soyqırım və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq cumhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.
Ümumiyyətlə, tarixboyu ermənilərin azərbaycanlılara qarşı qənim kəsilmələri hər zaman davam edib. Onlar bu yolda bütün vasitələrdən, o cümlədən kütləvi terrorlardan, soyğunçuluq addımlarından, yaranmış ictimai-siyasi vəziyyətlərdən və s. daim yaralanmağa çalışıblar. Sonralar ermənilər bu terror fəaliyyətlərini guya onlara qarşı nə vaxtsa edilmiş «genosidin» intiqamı kimi pərdələməyə çalışmışlar. Atdıqları vəhşi addımlardan utanmayan ermənilər 1918-ci il qırğınları haqda, onun əsl mahiyyəti barədə danışmağa belə qorxurdular. Bütün arxivlər möhürlənmişdi. Yalnız ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra birbaşa onun təşəbbüsü ilə bütün möhürlər qırıldı, əsl həqiqətlər xalqa çatdırıldı. Atılan belə bir addımlardan sonra tariximizin qaranlıq səhifələri araşdırıldı, onlarca yeni əsərlər yazıldı, çoxsaylı elmi konfranslar keçirildi və bu gün də, bu yöndə addımlar atılmaqdadır.
XX əsrin sonunda isə Azərbaycan tarixinin dördüncü mərhələsi başladı. Biz həmin vaxtdan azad və sərbəst yaşayırıq, müstəqil dövlət olaraq gələcək taleyimizi özümüz müəyyən edirik. Artıq bu gün xalqımız öz taleyinin, öz torpaqlarının, öz ölkəsinin sahibidir. Müasir tariximizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə ədalətli həll olunması, bu gün qarşımızda duran əsas vəzifəmizdir. 1993-cü ildə Azərbaycan xalqının böyük oğlu, mərhum prezidentimiz Heydər Əliyevin gərgin əməyi, dərin zəkası sayəsində müstəqil Azərbaycan Respublikası öz varlığını daha da möhkəmləndirdi. Bu gün əlçatmaz, ünyetməz xidmətlərinin qarşılığında Azərbaycan xalqı Ulu Öndərə borcludur. Əbəs yerə onu ümummilli lider, dahi şəxsiyyət, dünya şöhrətli siyasətçisi adlandırmırlar. O, XX əsrin Azərbaycan xalqına bəxş etdiyi böyük şəxsiyyət idi.
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin qeyd olunması tariximizin şanlı səhifəsidir

Heydər Əliyev dühası o qədər əhatəli, o qədər çoxşaxəli idi ki, onu doqquz milyonluq azərbaycanlıların taleyi deyil, bütün dünyaya səpələnmiş azərbaycanlıların taleyi narahat edirdi. Heydər Əliyev Bakıda Dünya Azərbaycalılarının Birinci Həmrəyliyi Forumu keçirilən zaman etdiyi dərin məzmunlu nitqində vurğulamışdı ki, «Bu gün mən ona görə xoşbəxtəm ki, dünyanın hər güşəsindən gəlmiş soydaşlarımızla birgəyəm. Onları bir araya gətirmək mənə qismət olmuşdur. Mən bundan böyük xoşbəxtlik görmürəm!» O, son dərəcə diqqətli olması ilə də digərlərindən fərqlənirdi. Yəni, böyüklə də, uşaqla da, ziyal ıilə də öz dilində danışmağı bacarırdı. Heydər Əliyev əməli addımları ilə hər kəsin sabaha olan inamını özünə qaytarmışdı.
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin qeyd olunması tariximizin şanlı səhifəsidir
Bu gün də ölkəmizin sükanı etibarlı əllərdədir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev elə bir siyasi məktəbin yetirməsidir ki, onun idarə etdiyi ölkənin həyatında heç bir halda boşluq ola bilməz. Çünki, onun siyasi arenası güclüdür. Ona görə də xalq Heydər Əliyev kursunun davam etdirilməsini hər zaman dəstəkləyəcək. Bu gün hər kəs ölkənin ümumi inkişafından razıdır. Azərbaycan reallıqları tezliklə dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada dura biləcək güclü, nüfuzlu bir dövlətin varlığından xəbər verir. Biz bu dövləti ümummilli lider Heydər Əliyevin əsas götürdüyü siyasi kursu davam və inkişaf etdirən prezident İlham Əliyevlə birlikdə quracaq, Ulu Öndərin arzularını həyata keçirəcəyik.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cumhurriyətinin bərpası kimi böyük hadisədə Azərbaycanın müstəqil Azərbaycanın ilk prezidenti olmuş Ayaz Mütəllibovun da töhvəsi var və Azərbaycan üçün əlamətdar olan bir çox qərarlar onun dövründə qəbul edilib. Ayaz Mütəllibov 1990-1992-ci illərdə Azərbaycana rəhbərlik edib.
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin qeyd olunması tariximizin şanlı səhifəsidir

Bildiyiniz kimi Azərbaycanın Dövlət Müstəqilliyi günü Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilir. Həmin tarixi sənədin altında isə həmin vaxt Azərbaycan prezidenti olan Ayaz Mütəllibovun imzası var.
Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. 1991-ci il sentyabrın 8-də ölkədə keçirilən ümumi seçkilərdə Ayaz Mütəllibov Azərbaycan Respublikasının ilk prezidenti seçilmişdir. 1992-ci il martın 2-də Azərbaycan BMT-yə üzv qəbul olunub.Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar da məhz Ayaz Mütəllibovun Azərbaycanın rəhbəri olduğu dövrdə qəbul edilib.

1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir. Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi müvafiq sərəncamı imzalayıb. Hal-hazırda həmin tarixi günün dövlət səviyyəsində qeyd olunması ilə bağlı ciddi tədbirlər planı həyata keçirilməkdədir.

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin qeyd olunması tariximizin şanlı səhifəsidir
Hazırladı:Rəsafil Bayramov
Media Məlumat Mərkəzi - nin
“ATATV.az” xəbər portalının rəhbəri
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz