Axtarış...

"Hər bir uğurumuza görə bu yolda böyük məhrumiyyətlər çəkənlərə borcluyuq”

Nurlana Əliyeva: “Bunu AXC-nin fəaliyyətində aydın görmək mümkündür”



“Azərbaycan qadını həmişə ailəsi, dövləti uğrunda fədakarlığa hazır olub və biz bunu Azərbaycan Xalq Cümhuriyyətinin timsalında aydın görürük”.

Bunu “Cümhuriyyətə işıq saçan qadınlar” adlı müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən YAP-ın Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bildirib. O, sovet dönəmində milli yaddaşın qorunub saxlanılmasında mərhum prezident Heydər Əliyevin mühüm rol oynadığını da vurğulayıb:

“AXC-nin həyatında Azərbaycan qadınları yaxından iştirak edib. Həmin dövrü araşdıran zaman biz bu həqiqətə bir daha şahid oluruq. Lakin təəssüflər olsun ki, Azərbaycan xalqının digər nümayəndləri kimi qadınlarımızın göstərdiyi fədakarlığa baxmayaraq, AXC iki il belə yaşaya bilmədi. Baxmayaraq ki, onun başında böyük hərbi-siyasi xadimlər – M.Ə.Rəsulzadə, F.Xoyski, S.Mehmandarov, Ə.Şıxlınski və s. kimi nəhəng şəxsiyyətlər dayanırdı.

AXC-nin tarixinin, fəaliyyətinin öyrənilməsinə sovet dönəmində qadağa qoyulsa da, ümummilli ldier Heydər Əliyev sovet dövründə belə milli yaddaşın, istiqlal düşüncəsinin yaşadılmasına cidid səy göstərdi. 1991-ci ildə Azərbaycan növbəti dəfə öz müstəqilliyini elan etməklə yenidən öz istiqlalına qovuşdu. Və bu gün biz şahid olduğumuz hər bir uğur, hər bir inkişafa görə bu yolda böyük zəhmətlər, məhrumiyyətlər çəkən insanlarımıza borcluyuq”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz