Axtarış...

BSU-da 20 Yanvar cəlladının şərəfinə müsabiqə – Açıqlama/Foto

Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsi vaxtilə Azərbaycanda 20 yanvar qırığınının törədilməsində iştirak etmiş sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilimiş esse müsabiqəsində iştirak edib.

Reportyor.info xəbər verir ki, BSU rəhbərliyinin xeyir-duası ilə atılan bu addım Azərbaycan cəmiyyətində hiddət doğurub.

Qeyd edək ki, BSU-nun Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbələri Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı keçirilimiş esse müsabiqəsində qalib gələrək diplomla təltif ediliblər.

BSU-da bu hadisəni “XOŞ XƏBƏR” kimi qələmə veriblər:

Qeyd edək ki, Aygül Mirzoyeva esse müsabiqəsində birinci yerə layiq görülüb.
BSU-da 20 Yanvar cəlladının şərəfinə müsabiqə – Açıqlama/Foto
Görüşdə səfir Mixail Boçarnikov tələbə-gənclərə diplomları təqdim edib, onlara həyatda, təhsildə və sosial fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

Bakı Fövlət Universitetinin professoru Nəsir Əhmədli baş verən bu iki hadisəni biabırçılıq adlandırıb. “20 Yanvar faciəsinin 30 illiyi ərəfəsində bu faciənin birbaşa təşkilatçısı, əsas cəlladı Yevgeni Primakovun şərəfinə Bakıda sərginin açılması Şəhidlərin ruhunun təhqir edilməsidir. Sərgi dərhal dayandırılmalıdır!!!”, – Nəsir Əhmədli deyib.

Bu azmış kimi, Azərbaycan Təhsil Nazirliyinin nəzdində fəaliyət göstərən “Azərbaycan Müəllimi” qəzetində də “Tələbələr Yevgeni Primakovdan esse yazıblar” başlığı ilə məqalə dərc edilib.

“Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı keçirilmiş esse müsabiqəsinin iştirakçıları olan tələbə-gənclər əcnəbi tələbələrdir və Rusiya Federasiyasının vətəndaşlarıdırlar”.

Bu barədə APA-ya Bakı Slavyan Universitetinin mətbuat xidmətindən bildirilib.

“Oktyabrın 30-da sosial şəbəkələrdə Bakı Slavyan Universiteti (BSU) haqqında reallığa əsaslanmayan, müasir şəraitə uyğun gəlməyən yazı dərc edilib. Həmin yazıda BSU-nun tələbələrinin sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı keçirilmiş esse müsabiqəsində iştirak etmələri tənqid edilir. Eyni zamanda BSU-nun rektoru, professor Nurlana Əliyeva haqqında əsassız iddialar özünə yer alır”.

Məlumatda qeyd edilib ki, Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı keçirilmiş esse müsabiqəsi Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin layihəsi olub: “BSU-nun yazı müsabiqəsinin qalibi olmuş tələbələri Səfirliyin BSU-ya rəsmi məktubu əsasında həmin yazı müsabiqəsində iştirak ediblər. BSU slavyan xalqlarının, həmçinin Şərqi Avropa və Balkan yarımadası ölkələrinin elmi, mədəni, mənəvi nailiyyətlərini öyrənir və tədris edir. BSU yalnız Azərbaycanda deyil, Qafqazda ən böyük və nüfuzlu Rusiyaşünaslıq mərkəzi sayılır. Çoxprofilli ali məktəb olan BSU-da bütövlükdə region üçün nadir sayıla bilinəcək ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Hazırda BSU-da 10 tədris-mədəniyyət mərkəzi fəaliyyət göstərir. Həmin tədris-mədəniyyət mərkəzlərindən bir də Rusiya Tədris-Mədəniyyət Mərkəzidir. BSU Azərbaycanda fəaliyyət göstərən slavyan ölkələrinin, o cümlədən Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi ilə sıx əlaqədə fəaliyyət göstərir. Slavyan ölkələrinin səfirləri, səfirliklərin nümayəndələri BSU-da keçirilən beynəlxalq elmi konfranslarda, simpoziumlarda, dəyirmi masalarda, dövlət və milli bayramlarda və digər tədbirlərdə mütəmadi olaraq iştirak edirlər. Eyni zamanda BSU-nun müəllim və tələbələri həmin səfirliklərdə müxtəlif mövzularda keçirilən mühazirələrdə, mərkəzlərin təşkil etdiyi müsabiqələrdə, həmin ölkələrin dövlət bayramlarında və digər tədbirlərdə fəal iştirak edirlər.

Yazıda adları çəkilən tələbə-gənclər əcnəbi tələbələrdir və Rusiya Federasiyasının vətəndaşlarıdırlar”.

Məlumatda həmçinin qeyd olunub ki, Rusiya Federasiyası Azərbaycanın böyük qonşusudur: “Tarixən ölkələrimiz arasında sıx siyasi, iqtisadi, mədəni əlaqələr mövcud olub. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış xarici siyasət kursunu Azərbaycan Prezidenti İlham Əliyevin müasir dövrün reallıqlarına və tələblərinə uyğun şəkildə yaradıcılıqla davam etdirməsi nəticəsində Azərbaycan və Rusiya arasında münasibətlər bütün sahələrdə yüksələn xətlə inkişaf edir. Universitetin kollektivi belə həqiqəti əks etdirməyən yazıları ictimai fikri çaşdırmaq, universitetin işgüzar nüfuzuna xələl gətirmək cəhdi kimi qiymətləndirir və buna birmənalı olaraq öz etirazını bildirir. Həmin yazıda BSU-nun rektoru, professor Nurlana Əliyeva haqqında səslənən əsassız iddialara isə cavab olaraq bildirmək istəyirik ki, N. Əliyeva xalqımızın milli maraqlarına, dövlətə və dövlətçiliyə sədaqətli bir elm və təhsil xadimi, ziyalı Azərbaycan xanımıdır. Belə yoxlanılmadan dərc edilən yazılar universitetin kollektivində böyük narazılıq hissi doğurur və yolverilməzdir. Buna görə də hörmətli media təmsilçilərindən, vətəndaş cəmiyyəti institutunun nümayəndələrindən, siyasi partiya funksionerlərindən dövlət və dövlətçiliklə bağlı belə siyasi mövzulara real və həssas yanaşmağı, ictimai-siyasi əhəmiyyət kəsb edən hadisələrə obyektiv yanaşmağı xahiş edirik”.

Reportyor.info
Text-to-Speech

DİNLƏ

Daha çox xəbər

Şərh yaz