Axtarış...

Ramil Usubov qadın polisləri təbrik edib

Ramil Usubov qadın polisləri təbrik edib
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə daxili işlər orqanlarında xidmət edən, təqaüddə olan qadınları və şəhid omuş əməkdaşların qadın ailə üzvlərini təbrik edib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, təbrikdə deyilir: "Əziz qadınlar, hörmətli həmkarlarımız!

Sizi 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm!

Xalqımızın çoxəsrlik zəngin mədəni-mənəvi sərvətlər irsinin yaşadılmasında və qorunub saxlanılmasında müstəsna xidmətləri olan Azərbaycan qadını həmişə güclü iradəsi, vətənpərvərliyi, saflığı və işgüzarlığı ilə seçilmiş, tarixdə silinməz izlər qoyub.

Ölkəmizin ictimai həyatında, dövlət idarəçiliyində qadınların rolunun daha da artırılması məqsədilə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəbul etdikləri qərarlar onların öz yaradıcı potensialının uğurla gerçəkləşdirməsini təmin etmiş, cəmiyyətin aparıcı üzvünə çevirib. Bu gün Azərbaycan qadınının respublikanın sosial-mədəni həyatında fəal iştirakı, yüksək ictimai mövqeyi, nüfuzu, gənc nəslin vətənpərvərlik və milli ideallara sadiqlik ruhunda tərbiyəsi üçün gördüyü əhəmiyyətli işlər, mədəniyyətlərarası dialoqun formalaşdırılmasında xidmətləri qürur doğurur və ölkəmizin hüdudlarından kənarda da layiqincə qiymətləndirilir.

Əldə olunan uğurlarda daxili işlər orqanlarında çalışan qadınların da böyük əməyini xüsusi qeyd edir və əmin olduğumu bildirirəm ki, siz əzmkar və səmərəli fəaliyyətinizlə respublikada ictimai asayişin və daxili təhlükəsizliyin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcəksiniz. Hər birinizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik arzulayıram. Bayramınız mübarək olsun!".
Text-to-Speech

DİNLƏ






Şərh yaz