Axtarış...

Nazirlər Bakıda toplaşacaq

Nazirlər Bakıda toplaşacaq


"5-6 aprel 2018-ci il tarixində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı Bakıda keçiriləcəkdir"



Lent.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.



Nazirlər konfransına hazırlıq məqsədilə 3-4 aprel 2018-ci il tarixində yüksək vəzifəli məmurlar səviyyəsində iclas keçiriləcəkdir.



Hikmət Hacıyev onu da bildirib ki, konfransda Qoşulmama hərəkatında iştirak edən dövlətlər, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatlar iştirak edəcəklər:



"Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama hərəkatı yanında müşahidəçi statusuna malikdir.



Qoşulmama Hərəkatının Bakıda keçiriləcək nazirlər toplantısına 800-dən artıq iştirakçı qatılacaqdır. Tədbiri işıqlandırmaq üçün yerli və xarici media nümayəndələri daxil olmaqla, 150-dən artıq şəxs akkreditasiyadan keçib.



Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir. Bu səbəbdən, ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tam hüquqlu üzv olmaq qərarını almışdır.

2019-cu ildə Azərbaycan Respublikası Qoşulmama hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcəkdir. 2019-2022-ci illər ərzində Azərbaycan Respublikası Qoşulmama hərəkatına sədrlik edəcəkdir".



Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçiriləcək 18-ci Sammitinin həm də böyük rəmzi mənası vardır:



"Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi imkanı qazanacaq. Bu gün Avropa qitəsində cərəyan edən proseslər Qoşulmama Hərəkatının prinsip, məqsəd və məramlarının Avropada da təşviq edilməsinin vacibliyini gündəmə gətirir.

Bir sıra dövlətlərin vaxtilə Soyuq Müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı (QH) hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilib. Qoşulmama Hərəkatı yarandığı tarixdən etibarən beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayır.

Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada öz aktuallığını daha da artırır və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Müstəmləkəçiliyin ləğv edilməsi və qlobal sosial inkişaf gündəliyinin yaradılması kimi XX əsrin ən mühüm nailiyyətlərindən bir çoxu Hərəkatın bu günədək dünyaya verdiyi önəmli töhfələri sırasındadır.

QH-nin yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır.

Azərbaycan Respublikasının bu ilin 3-6 aprel tarixlərində Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına və 2019-cu ildə Bakıda keçiriləcək zirvə görüşünə ev sahibliyi etməklə və 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməklə Qoşulmama Hərəkatının məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülh və təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə öz əsaslı töhfəsini verəcəkdir".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz
фольгированные шары с днем рождения

----

Кликни на сайт

----


https://boxvoyage.ru/

----

Нажмите на ссылочку, чтобы посмотреть сайт

----


шарики заказать на день рождения с доставкой

----

Шарики воздушные на праздник детям и любимым

----


арендовать склад

----

Все для посетителя

----


снять офис бц саввинский

-----

вот ещё одно предложение

----


башня империя

----

Посмотрите дверь

----


купить входную дверь с установкой


госуслуги вход через есиа



займ экспресс киров

2353listtest