Axtarış...

Sabiq baş nazir: "Regionda baş verənlərin kökündə Fələstin mübahisəsinin həll olunmaması dayanır"

Sabiq baş nazir: "Regionda baş verənlərin kökündə Fələstin mübahisəsinin həll olunmaması dayanır"


Osmanlı İmperiyası dağılandan sonra regionda siyasi faciələr, siyasi şoklar baş verdi. Bölgəyə müdaxilələr oldu və bu, üç qitədə baş verdi.
Sivilizasiyalar silkələndi. Bütün bunlar ötən əsrin 40-cı illərindən sonra geniş vüsət aldı.



Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Livanın sabiq baş naziri Fuad Siniora Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilən VI Qlobal Bakı Forumunda "Regional təhlükəsizlik, regional sülh: Orta Şərq" adlı paneldə deyib.

Sabiq baş nazir regionda baş verənlərin kökündə Fələstin mübahisəsinin hələ də həll olunmamasını göstərərək, bu problemi açar məsələ adlandırıb.

O, İranda gedən proseslərə də toxunub: "Baxın, 1979-cu ildə İran inqilabı baş verdi. Eyni anda Sovet İttifaqı Əfqanıstana daxil oldu. Bütün bu proseslərin cərəyanı İranda baş verənlərdən vüsət alırdı. İranda baş verən inqilabdan sonra regionda gərginlik radikal ifrat forma almağa başladı. Bu gün İran liderləri çox asanlıqla düşünürlər ki, istənilən dövlətin daxili işinə qarışa bilərlər və buna onların haqqı var. Bu, sizcə nə anlam verir? Məncə, sualın cavabı aydındır. Artıq 8-ci ildir ki, bu səbəbdən Suriyada ağır dəhşətlərin şahidi oluruq. Biz buna səbəb olan suala cavabı həll etmədikcə, bu dəhşət, bu münaqişə daha geniş coğrafiyada yayılacaq".
Text-to-Speech

DİNLƏ






Şərh yaz