Laçının icra başçısı çətin durumda - Gizli səs yazısı yayıldı...

  • 16-05-2020, 13:31
  • ust
  • 27
Laçının icra başçısı çətin durumda - Gizli səs yazısı yayıldı...

Aqil Nəzərli qaynatasını Baxışovlar ailəsinə minnətçi salıb-səs yazısı

Reportyor.tv-nin redaksiyasına Laçın rayonundan sensassion səs yazısı daxil olub.
Laçın rayon icra başçısı Aqil Nəzərlini qaynatası Vaqif Cabbarovu intiharına səbəb olan Baxəşovlar ailəsinə minnətçi salıb.
Öncəliklə onu qeyd edək ki, M. Baxışov intihar etməmişdən bir qədər əvvəl məktubunda icra başçısını sosial şəbəkələrdə tənqid etdiyinə görə icra başçısı və adamları tərəfindən təhdid olunduğunu yazıb.
Baxışovlar ailəsi müqabilin intihar etməsinin günahını icra başçısında - Aqil Nəzərlifə görürlər. Ona görə də onlar icra başçısının cəzalandırılmasını ölkə başçısınadan və aidiyyəti orqanlardana tələb edirlər.
Lakin Aqil Nəzərli ittihamları qəbul etmir və Müqabil Baxışovun intiharı ilə heç bir əlaqəsinin olmadığını bildirib.
Bu günləri isə Reportyor.Tv-yə göndərilən səs yazısında Aqil Nəzərlinin qaynatasını Vaqif Cabbarovu Baxışovlar ailəsinə minnətçi saldığı açıq şəkildə ehtiva olunur.

Həmin səs yazısında Aqil Nəzərlinin qaynatası Müqabil Baxışovun qardaşına zəng edərək barışıq əldə etmələrini və şikayətlərin dayandırılmasını israrla bildirir. Hətta Vaqif Cabbarov Baxışovlar ailəsinə nəyi, necə istəsəniz, nə desəniz onuda edəcəklərini vurğulayır.
Oxşar xəbərlər
«    Июнь 2020    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Mədəniyyət