Axtarış...

Həbs edilən məmur icra başçısının əleyhinə ifadə verdi - FOTO



Son zamanlar hüquq-mühafizə orqanlarının korrupsiya və rüşvətə bulaşmış icra başçılarına qarşı başlatdığı əməliyyatlarının davam edəcəyi bildirilir.

BakuPost xəbər verir ki, gununsesi.org-un araşdırması zamanı Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun da "qara siyahı"da olmasına dair xəbərlər üzə çıxıb.

Belə ki, Mərdan Camalovun Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı olduğu dönəm ərzində çoxsaylı rüşvət, mənimsəmə və vəzifədən sui-istifadə halları aşkarlanıb.Bu işə isə köməklik göstərən Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin bu yaxınlarda həbs etdiyi Şirvan Şəhər Kommunal Təsərrüfatı Birliyinin rəisi Aqil Vəliyev olub.

Hazırda həbsxanada olan Aqil Vəliyevə də qarşı Cinayət Məcəlləsinin rüşvət, mənimsəmə, vəzifədən sui-istifadə maddələri ilə cinayət işi başlanıb. O, yerli vətəndaşların müvvəqqəti işə cəlb olunması prosesində 300 nəfərin maaş kartını mənimsəməsi və icra başçısı ilə bölməsi olub.

Məlumata görə, istintaq hazırda Şirvan rayonunda adlarına maaş yazılan amma pul üzü görməyən vətəndaşların dindirilməsi ilə məşğuldur.

Göründüyü kimi Mərdan Camalovun da cinayət dosyesi tamamlanmaq üzrədir.

Ölkə rəhbərinin korrupsiyaya qarşı prinsipial iradəsi kimliyindən asılı olmayaraq heç kəsi məsuliyyətdən kənarda qoymayacağına əminlik yaradıb.

Xatırladaq ki, Mərdan Camalov sabiq sənaye müdafiəsi naziri mərhum Yavər Camalovun qardaşıdır.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz