Banklardan “ƏMANƏT QAÇIŞI”: - “Əhali devalvasiya olacağından ehtiyatlanır”

Banklardan “ƏMANƏT QAÇIŞI”: - “Əhali devalvasiya olacağından ehtiyatlanır”

“Milli valyutada olan əmanətlərin azalması aprel-may aylarında da davam edəcək”.

Yenicag.az xəbər verir ki, bu fikirləri bank əmanətlərinin xüsusilə, son aylarda azalmasına təsir göstərən səbəbləri şərh edən iqtisadçı Samir Əliyev bildirib.

Samir Əliyevin sözlərinə görə, böhran dövründə bir qayda olaraq, əmanətçilər banklardakı vəsaitlərini geri çəkməyə başlayırlar. Bu, xüsusilə milli valyutanın məzənnəsi ilə bağlı müzakirələr intensivləşəndə geniş vüsət alır:

“Manatın ucuzlaşması riskindən çəkinən əhali milli valyutada olan əmanətlərini banklardan çıxarıb, onu dollara çevirir və sonra banka yenidən yatırmaq və ya yastıq altına yönəltmək barədə düşünür.

Məsələn, təkcə mart ayında əmanətlərin həcmi 5 faiz və ya 443 milyon manata qədər azalıb. Azalmanın 421 milyon manatı milli valyuta əmanətlərinin payına düşüb. Mart-aprel aylarında azalmanı manatın devalvasiyası qorxusu şərtləndirirdisə, may ayında dörd bankla bağlı verilən qərar əmanət qaçışını davam etdirəcək.

Birinci halda əmanətlərin daha çox dollarlaşması baş verirsə, ikinci halda banklardan geri çəkilməsi müşahidə edilir. Onu da qeyd edim ki, əmanət qaçışını minimuma endirmək üçün Əmanətlərin Sığortalanması Fondu 1 iyun 2020-ci il tarixindən etibarən, milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10 faizdən 12 faizə qaldırıb”.
Oxşar xəbərlər
«    Май 2020    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət