Axtarış...

Putinin və Yeltsinin şəxsi pilotu öldü



Rusiya prezidentlərinin pilotu Qriqori Beloded 74 yaşında Moskvada vəfat edib.

Bu barədə “Komsomolskaya pravda” pilotun oğlu Yaroslav Belodedə istinadən məlumat yayıb.

Beloded Rusiyanın ilk prezidenti Boris Yeltsinin uçduğu “Rusiya” adlı xüsusi uçuş dəstəsində heyət komandiri kimi çalışıb, daha sonra Vladimir Putinin əsas pilotu olub.

Pilotun oğlunun sözlərinə görə, atası 2005-ci ildə yaşı ilə əlaqədar “səma”dan ayrılsa da, yerdə çalışmağa davam edib.

Q.Belodedin ölümü qəfil olub. Oğlu atası ilə əlaqə saxlaya bilmədiyi üçün onu ziyarət etmək qərarına gəlib. Mənzilə baş çəkən Y.Beloded atasının ölüdüyünü müəyyən edib. Qriqori Belodedin ölüm səbəbi hələlik bəlli deyil.



Şərh yaz