İyulun 12-si Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimi kobus sürətdə pozdu. Ermənistan ordusunun artilleriya və diversiya qruplarından istifadə etməklə törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun 3 hərbçisi şəhid oldu, 4-ü isə yaralandı.
Son illərdə təmas xəttində nisbətən sabitləşən atəşkəs rejiminin rəsmi Yerevan tərəfindən kobud şəkildə pozulması ciddi suallar doğurdu. Bir tərəfdən, atəşkəs rejiminin qorunmasının vacibliyini hər addımda qabardan Paşinyanın oğlu Aşotun ordudan təxris olunmasından sonra ritorikasını dəyişməsi mümkün ehtimaldır.
Belə ki, pandemiya şəraitində ciddi reytinq itkisi ilə üzləşən Paşinyan cəbhədə yaradacağı təxribatla daxili auditoriyanın diqqətini iqtisadi problemlərdən yayındırmağı düşünə bilər.
Digər tərəfdən isə, isə Nikol Paşinyan 2008-ci il 1 mart iğtişaları ilə bağlı həbsə göndərdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş sədri, sabiq Baş Qərargah rəisi Yuri Xaçaturovla bağlıdır. “Qarabağ klanı”nın etibarlı kadrı sayılan Xaçaturov 2008-ci ildə Yerevan qarnizonunu komandiri olub və prezident seçkilərinin nəticələrinə etiraz edən kütləyə qarşı ordu qüvvələrindən istifadə etməkdə ittiham olunur.
Tovuzdakı insidentlə Yura Xaçaturovu əlaqələndirən səbəb isə onun oğlu Qriqori Yuraeviç Xaçaturovdur. Belə ki, general-mayor Qriqori Xaçaturov hazırda Ermənistan ordusunun 3-cü korpusunun komandirdir. Bu korpus isə Azərbaycan-Ermənistan sərhəddinə Qazax rayonundan Daşkəsən rayonuna qədər olan istiqamətdə nəzarət edir. Ermənistan ordusunun tərkibində sayca ən böyük hərbi birlik olan 3-cü korpusun qərargahı Vanadzor şəhərində yerləşir. Korpusun tərkibinə daxil olan 246-cı moto-atıcı alay İcevan, 543-cü moto-atıcı alay Noyamberyan və 549-cu moto-atıcı alay isə Gədəbəy rayonu ilə üzbəüz yerləşən Çəmbərək şəhərində yerləşir.
Qriqori Xaçaturov hələ 2016-cı il iyulun 7-də eks-prezident Serj Sarkisyan tərəfindən korpus komandiri təyin olunmuşdu. Təyin olunduğu ilk gündən Qriqori Xaçaturov Qazax-Tovuz rayonları istiqamətində gərgin situasiya yaratmış, yaşayış məntəqələrinə atəşi intensivləşdirmişdi. Aqressivliyi ilə ad çıxaran Qruqoriu Xaçaturov ölkə daxilində də adının qalmaqallarda hallanmasından sığortalanmamışdı. Belə ki, korpus komandiri təyin olunana qədər, Qriqori Xaçaturov Ararat vilayətində yerləşən Vazgen Sarkisyan adına hərbi hissəsinin komandiri olub və mənfi reputasiya qazanıb.
“Bəzən əsgərləri diz çökməyə və Xaçaturovun hərbi çəkmələrini öpməyə vadar edirdilər. O və “Roj” ləqəbli müavini Vardan Martirosyan hərbi hissəsin kriminal qanunlarla idarə edir, əsgər və zabit-gizir heyətinə fiziki, psixoloji işgəncələr verirdilər”- deyə hüquq müdafiəçisi Artur Sakunts açıqlama vermişdi. O, atasının və Ermənistan rəhbərliyinin himayəsi altında olan Xaçaturovun ağır cinayətlərə yol verdiyini, rəhbəri olduğu hərbi hissə və korpuslarda şəxsi heyət arasında döyüş və qeyri-döyüş itkilərinin xeyli yüksək olduğunu xatırladıb.
Son illər Dövlət Sərhəd Xidməti də daxil olmaqla, Azərbaycan Silahlı Qüvvələri üçün Qarabağdan sonra ən gərgin cəbhə xəttinin Qazax-Tovuz rayonları istiqamətində yaranması, təxribat-diversiya cəhdləri, yaşayış məntəqələrinin intensiv atəşə tutulması Qriqori Xaçaturovun adı ilə bağlıdır.(modern.az)