Şəhid atası Atış Hüseynovun yenidən Prezidentə Birinci Vitse-Prezidentə, Ədliyyə Naziri Daxili İşlər Naziri və Baş Prokurora müraciəti

Şəhid atası Atış Hüseynovun yenidən Prezidentə Birinci Vitse-Prezidentə, Ədliyyə Naziri Daxili İşlər Naziri və Baş Prokurora müraciəti
Oğlum İlham Hüseynov 07 yanvar 2020-ci il tarixdə idarə etdiyi avtomobillə ehtiyatsızlıq nəticəsində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində məktəblini vurmuş, dərhal xəstəxanaya aparıb müalicəsini etdirmiş, həmçinin uşağın valideyni notariat yolu ilə barışıq ərizəsi vermişdir. Barışıq ərizəsini və şəhid ailəsi olması barədə sənədləri Sumqayıt şəhər Polis idarəsinin Təhqiqat şöbəsinə və Sumqayıt şəhər Prokurorluğuna təqdim etsək də oğlum İlham Hüseynova Sumqayıt şəhər Prokurorluğunda 30 yanvar 2020-ci il tarixdə cinayət işi başlandı və iş. Sumqayıt şəhər Polis idarəsinin İstintaq şöbəsinə Seymur adlı müstəntiqə verildi o da şəhid ailəsi olmağımıza və barışıq ərizəsinə əhəmiyyat vermədi və hətta karantin olmasına baxmararaq Sumqayıt Polis idarəsinin İstintaq Şöbəsi məhkəmələr işləmədiyi vaxtda işi Sumqayıt şəhər məhkəməsinə təcili olaraq göndərdilər
Mən bir oğlum Rövşəni 1994-cü ildə ermənilərlə döyüşlərdə itirmişəm, indi bu oğlumu da adi ehtiyatsızlığa görə həbs etmək üçün çalışırlar. Halbuki məktəbli Elgün Məcidlinin bütün müalicə xərclərini oğlum İlham ödəyib, uşaq sağ salamatdır və atası da barışıq ərizəsi veribdir. Mənim şəhid atası kimi kömək üçün dəfələrlə yazdığım ərizə və teleqramların neticəsi olmadı. Bir şəhid atası kimi. Sizdən bir daha xahiş edirəm oğlum Ilham Hüseynovun barəsində cinayət işinə xitam verilməsi üçün Sumqayıt şəhər məhkəmədinə göstəriş verəsiniz.

Xeberekspress.az
Oxşar xəbərlər
«    Июль 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət