Axtarış...

Şəhid atası Atış Hüseynovun Prezidentə, Birinci Vitse-Prezidentə, Daxili İşlər Naziri və Baş Prokurora müraciəti

Şəhid atası Atış Hüseynovun Prezidentə, Birinci Vitse-Prezidentə, Daxili İşlər Naziri və Baş Prokurora müraciəti
Oğlum İlham Hüseynov 07 yanvar 2020-ci il tarixdə idarə etdiyi avtomobillə ehtiyatsızlıq nəticəsində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində məktəblini vurmuş, dərhal xəstəxanaya aparıb müalicəsini etdirmiş, həmçinin uşağın valideyni notariat yolu ilə barışıq ərizəsi vermişdir. Barışıq ərizəsini və şəhid ailəsi olması barədə sənədləri Sumqayıt şəhər Polis idarəsinin Təhqiqat şöbəsinə və Sumqayıt şəhər Prokurorluğuna təqdim etsək də oğlum İlham Hüseynova Sumqayıt şəhər Prokurorluğunda 30 yanvar 2020-ci il tarixdə cinayət işi başlandı və iş Sumqayıt şəhər Polis idarəsinin İstintaq şöbəsinə Seymur adlı müstəntiqə verildi, o, da şəhid ailəsi olmağımıza və barışıq ərizəsinə əhəmiyyət vermədi və son günlərdə işi məhkəməyə vermək üçün tələsir, hətta karantin olmasına baxmayaraq. Mən bir oğlum Rövşəni 1994-cü ildə ermənilərlə döyüşlərdə itirmişəm, indi bu oğlumu da adi ehtiyatsızlığa görə həbs etmək üçün çalışırlar. Halbuki məktəbli Elgün Məcidlinin bütün müalicə xərclərini oğlum İlham ödəyib, uşaq sağ salamatdır və atası da barışıq ərizəsi veribdir. Bir şəhid atası kimi Sizdən xahiş edirəm oğlum Ilham Hüseynovun barəsində cinayət işinə xitam verilməsi üçün Sumqayıt şəhər Prokurorluğuna və şəhər Polis idarəsinə göstəriş verəsiniz.

Xeberekspress.az



Daha çox xəbər

Şərh yaz