Axtarış...

Keçmiş deputat ağır qəzaya düşüb

Bu barədə Nazim Bəydəmirli özü məlumat verib


Sabiq deputat, hazırda isə 104 saylı Tovuz - Gədəbəy Seçki Dairəsindən deputatlığa müstəqil namizəd Nazim Bəydəmirli (Məmmədov) seçicilərlə görüşdən qayıdarkən avtomobil qəzasına düşüb.



AYNA xəbər verir ki, bu barədə N.Bəydəmirli özü məlumat verib.



"İsalı kəndindən görüşdən qayıdarkən Fərzalı kəndində qəza keçirdik, bu səbəbdən Zamanlı, Mor-Mor, Göyəmli kəndlərindəki görüşlərimizi təxirə salmalı olduq. Deyəsən, xalqımız demiş "göz dəydi".. Sabahdan görüşlərimiz davam etdiriləcək", - deyə namizəd bildirib.



Keçmiş deputatın sözlərinə görə, qəza nəticəsində maşın yararsız hala düşsə də, o və avtomobildə olan şəxslər xəsarət almayıblar.


Daha çox xəbər

Şərh yaz