Axtarış...

Mikayıl Müşfiqin yaşadığı evinin yerində seçicilərlə görüş keçirdi


Millitv.az xəbər verir ki, Parlament seçkiləri yaxınlaşdıqca seçicilərlə görüşə gələn namizədlər müxtəlif növ yadda qalan görüşlər keçirirlər. Bu görüşlərdən biridə bu gün, 17 saylı Yasamal üçüncü seçki dairəsindən namizədliyi YAP – tərəfindən irəli sürülmuş Elnur Allahverdiyevin seçicilərlə keçirdiyi görüş idi.

Elnur Allahverdiyev özünündə yaşayıb böyüdüyü , sovetski küçəsində nakam şairmiz Mikayıl Müşfiqin böyüyüb boya başa çatdığı,hal -hazırda izi sorağı olmayan evlərinin yerində seçicilərlə görüşə gəlmişdi ,Bu görüş digər görüşlərdən fərqləndirən cəhət Mikayıl Müşfiqin bu görüşdə əziz xatirəsini yad edilməsi idi.

Görüşdə iştirak edən, bir çox tanınmış şəxslər çıxış edərək 17 saylı Yasamal üçüncü seçki dairəsindən namizəd olan Elnur Allahverdiyevin layiqli namizəd olması haqqında söz açdılar. Eyni zamanda Elnur Allahverdiyevin tanınmış bir nəsilin nümayəndəsi olmaqla yanaşı özünündə bacarıqlı və istedadlı gənc bir nəsilin nümayəndəsi olması qeyd edildi.

Elnur Allahverdiyevdə seçicilər qarşısında çıxışı zamanı 17 - ci dairədən millət vəkili seçiləcəyi təqdirdə, nəinki 17 saylı Yasamal üçüncü seçki dairəsinin ərazisində yaşayan vətəndaşlara , Özünə doğma olan Yasamal rayonunda olan insanların problemləri və həyat tərzdəri ilə vaxt aşırı daima əlaqədə olacağına söz verdi. Gələcəkdə bütün imkanlarından istifadə edərək Mikayıl Müşfiqin yaşadığı evnin qalıqlarının yerində Müşfiqin ev müzeyinin tikilməsi üçün adiyatı qurumların qarşısında məsələ qaldıracağına və bu işin həyata keçməsi üçün var qüvvəsi ilə çalışacağını qeyd etdi.













Hazırladı: Rövşən Qasımov


MİLLİTV.az


Daha çox xəbər

Şərh yaz