Axtarış...

Merih Demiral əməliyyat olundu - Nə vaxt qayıdacaq?



Türkiyə millisinin və "Yuventus"un futbolçusu Merih Demiralın son durumu müəyyənləşib.

Qol.az Turin klubunun saytına istinadən xəbər verir ki, sol dizinin çarpaz bağı qopduğu üçün əməliyyat olan 21 yaşlı müdafiəçinin 6-7 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Bu isə o deməkdir ki, Merih Avro-2020-ni buraxacaq.

Qeyd edək ki, M.Demiral İtaliya A Seriyasının 19-cu turunda “Roma” ilə matçında zədələnib.



Şərh yaz