Axtarış...

“EuroHome”dakı yanğının söndürülməsi üçün helikopter cəlb olunub-VIDEO



Bu gün səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında başlayan yanğının söndürülməsi üçün əraziyə helikopter cəlb olunub.

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri alovun söndürülməsi istiqamətində çalışırlar.

Qeyd edək ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub. Çağırış 3 elan olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.



Daha çox xəbər

Şərh yaz